Yan Pannoniy

Yan Pannoniy
Doğum tarixi 7 sentyabr 1434
Doğum yeri
Vəfat tarixi 5 aprel 1472 (37 yaşında)
Təhsili
Fəaliyyəti şair, yazıçı, katolik keşişi[d], hakim, diplomat, Yepiskop, tərcüməçi
Əsərlərinin dili latın dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yan Pannoniy

Yan Pannoniy (lat. Ioannes, xorv. Ivan Česmički, mac. Csezmiczei János, or Kesencei; 7 sentyabr 1434, Çаzmа, Byelovar-Biloqora jupaniyası[d]5 aprel 1472) — yazıçı, diplomat və Peşt şəhərinin piskoposu. O, intibah dövründə Macarıstan Krallığının ən əhəmiyyətli şairlərindən biri idi.

Sloveniyada anadan olmuşdur.[1][2] Xorvat əsilli atasının cəmiyyətdəki statusu haqqında heç bir dəqiq məlumat yoxdur.[2] Anası Borbala Vitez macar idi.

Yan Pannoniy anası tərəfindən böyüdülmüşdür; 1447-ci ildə dayısı onu humanitar məktəbdə oxumaq üçün İtaliyaya göndərir. Burada Ferrara şəhərində Guarino da Verona məktəbində təhsil alır. Məktəbin şagirdləri İtaliya intibahının tanınmış müəlliminin rəhbərliyi altında latın və yunan müəllifləri haqqında dərslərdə iştirak edirdilər. Yan həm müəllimləri, həm də digər şagirdlər tərəfindən ən istedadlı şagirdlərdən biri hesab edilirdi. O, klassik vəzndə şeirlər yazırdı; ilk epiqramını yazarkən 13 yaşı var idi. Ali təhsilini Padua Universitetində aldı. Romada təhsilini tamamladıqdan sonra 1458-ci ildə Macarıstana geri döndü.

Bir müddət kral dəftərxanasında fəaliyyət göstərdi və tezliklə Peşt şəhərinin piskoposu təyin edildi. Yan Pannoniy krallığın ən nüfuzlu ziyallılarından biri idi; dövrün aparıcı filosofları ilə əlaqələr saxlayırdı. Həmçinin, intibah humanizminin görkəmli əsərlərini kitabxanada saxlayırdı.[3]

  1. Birnbaum, 1981. səh. 10
  2. 1 2 Ádám Makkai, In quest of the 'miracle stag': the poetry of Hungary : an anthology of Hungarian poetry in English translation from the 13th century to the present in commemoration of the 1100th anniversary of the foundation of Hungary and the 40th anniversary of the Hungarian Uprising of 1956 Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine, University of Illinois Press, 1996, p. 41
  3. Konstantinos Staikos, History of the Library in Western Civilization: From Petrarch to Michelangelo, New Castle, DE: Oak Knoll Press, 2012, ISBN 9781584561828