Yann Martel

Yann Martel
ing. Yann Martel
Doğum tarixi 25 iyun 1963(1963-06-25)[1][2][…] (61 yaş)
Doğum yeri
Təhsili
  • Trent Universiteti[d]
Fəaliyyəti yazıçı, romançı, ssenarist, nasir, hekayə yazıçısı[d]
Fəaliyyət illəri 1993-cü ildən
Əsərlərinin dili ingilis dili
Üzvlüyü
  • Kral Ədəbiyyat Cəmiyyəti[d][3]
Mükafatları "Kanada" ordeninin üzvü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yann Martel(ing. Yann Martel; d. 25 iyun 1963[1][2][…], Salamanka, Kastiliya və Leon[4]) — Kanada yazıçısı.

Yann Martel, 25 iyun 1963-cü ildə İspaniyanın Salamanka şəhərində kanadalı diplomat ailəsində dünyaya gəlib. Valideynləri ilə birlikdə Avropanı, Mərkəzi və Şimali Amerikanı dolaşıb, Alyaskada, Kosta-Rikada yaşayıb. Yaşa dolduqdan sonra Türkiyəyə və Hindistana səyahət edib. Kanadanın Trent Universitetində fəlsəfə öyrənib, yoqa ilə məşğul olub. Y.Martelin ikinci romanı olan “Pinin həyatı” yazıçıya böyük uğur qazandırıb, bu əsərə görə 2002-ci ildə Booker mükafatınına layiq görülüb.

Əsərdə 15 yaşlı yeniyetmə Pinin başına gələn inanılmaz hadisələr, onun Sakit Okeanda kiçik bir qayıqda amansız təbiətə və onunla birlikdə sağ qalmış vəhşi pələngə qarşı müqaviməti, yaşamaq uğrunda mübarizəsi öz əksini tapıb.

  1. 1 2 Yann Martel // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. 1 2 Yann Martel // Roglo. 1997.
  3. 1 2 Kral Ədəbiyyat Cəmiyyəti. 1820.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #11555808X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.