Yanoş Qaray

Yanoş Qaray
Doğum tarixi 10 oktyabr 1812(1812-10-10)[1]
Doğum yeri
Vəfat tarixi 5 noyabr 1853(1853-11-05)[1] (41 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti şair, dramaturq, yazıçı, jurnalist
Əsərlərinin dili Macar dili
Üzvlüyü
İmza
Vikimənbənin loqosu Yanoş Qaray Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yanoş Qarayın heykəli

Yanoş Qaray (mac. Garay János; 10 oktyabr 1812[1], Seksard, Macarıstan krallığı5 noyabr 1853[1], Peşt[d], Peşt medyesi) — Macarıstan şairi və yazıçısı.

Yanoş Qaray Tolna medyesinin Seksard şəhərində anadan olmuşdur. 1823-1828-ci illərdə Peç şəhərində orta təhsilini almışdır və 1829-cu ildə isə Peşt Universitetini bitirmişdir. 1834-cü ildə “Çatar” (Csatár) adlı qəhrəmanlıq poemasını yazdı. Qaray enerji dolu jurnalist idi və 1838-ci ildə Bratislava şəhərinə köçdü; burada “Hírnök” (Herald) jurnalında redaktələr edirdi. 1839-cu ildə Peşt şəhərinə geri döndü və Macarıstan Elmlər Akademiyasının müxbir üzvü seçildi. 1842-ci ildə Kişfaludi cəmiyyətinə qəbul edildi və burada ikinci katib kimi fəaliyyət göstərdi.

Qaray Macarıstan ədəbiyyatını çoxsaylı lirik şeirlər, balladalar və nağıllarla zənginləşdirmişdir. İlk şeirlər toplusu Peşt şəhərində nəşr edilmişdir və 1845-ci ildə nağıllar toplusu Tollrajzok adl altında çıxmışdır. "Balaton gölünün dəniz qulaqları" (Balatoni kagylók) kimi lirik peomaları olduqca çox mükəmməl yazılmışdır. “Bosnyák Zsófia” (Peşt, 1847) və "Xristofer Franqepanın arvadı" (Frangepán Kristófné) (Peşt, 1846) romansı Kişfaludi cəmiyyətinin mükafatını qazanmışdı.

“Müqədddəs Ladisladus” (Szent László) adlı sonuncu tarixi poeması 12 bölmədən ibarət idi. Qaray 1848-1849-cu illərdə Peşt Universitetində macar dili və ədəbiyyatı professoru kimi fəaliyyət göstərmişdi. Fiziki cəhətdən zəif olduğu üçün 1848-ci il inqilabını yalnız şeir yazmaqla dəstəkləyə bildi. İnqilabçılar məğlub olduqdan sonra Qarayın inqilab üçün etdikləri habsburqlar tərəfindən qınanıldı. 4 il sürən xəstəlikdən sonra 1853-cü ildə vəfat etdi. Ölümündən bir il sonra poemalar toplusu F. Ney tərəfindən Peşt şəhərində dərc dildi və bir sıra əsərləri Kertbeni tərəfindən tərcümə edildi. Doğulduğu Seksard şəhərində onun şərədinə heykəl qoyulmuşdur.

  1. 1 2 3 4 Wurzbach D. C. v. Garay, Johann (alm.). // Biographisches Lexikon des Kaiserthums Oesterreich: enthaltend die Lebensskizzen der denkwürdigen Personen, welche seit 1750 in den österreichischen Kronländern geboren wurden oder darin gelebt und gewirkt haben Wien: 1856. Vol. 5. S. 87.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]