Yapon Alpları | |
---|---|
日本アルプス | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 3.193 m |
Yerləşməsi | |
36° şm. e. 137° ş. u.HGYO | |
Ölkə | |
|
|
![]() |
Yapon Alpları (日本アルプス, Nihon Arupusu) — Yaponiyada bir sıra dağ silsiləsi.
Yapon Alpları Yamanaşi, Naqano, Toyama, Şizuoka və Gifu prefekturalarında yerləşir və 3 silsilədən ibarətdir:
Bu yüksək silsilələr hündürlüyü 3000 m-dən (9,843 fut) keçən bir neçə zirvəni əhatə edir ki, bu da Fuji dağından sonra ən hündürdür.
Burada olan xammalı — ağac, yanacaq, gübrə, ət, minerallar və bitkilər əhali tərəfindən istifadə edilir.
Adı ingilis arxeoloqu Uilyam Qould tərəfindən qoyulmuşdur. Yapon Alpları bir çox yapon zəvvarının ibadət yeridir.
Yapon Alp dağları qədim zamanlardan Buddist rahibləri tərəfindən müqəddəs yer kimi istifadə edilirdi.[1]
Orta əsrlərdə Kaqa krallığının[2] samurayları və sugendoları [3] dağların xəritəsini yaratmağa çalışırdılar.[4]
İlk müasir geoloji hesabatlar 1890-cı ildə nəşr olunmuşdur.
1907-ci ildə Yoşitaro Şibasaki öz adamları ilə Yaponiyada ən son öyrənilməmiş zirvə hesab edilən və qalxması ən çətin olan Tsurugi dağına[5] qalxmağı bacardılar. Dağın zirvəsində tapılan metal şuqendo çubuğu və qılıncı onları son Nara dövründən[6] erkən Heian dövrünə qədər olduğunu təsdiqlədi. Məlum oldu ki, Tsuruqi dağına 1000 ildən çox əvvəl şugendolar artıq qalxmışdılar.[7]