Yapon porsuğu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Yapon porsuğu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yapon porsuğu[3][4] (lat. Meles anakuma) — Dələkimilər fəsiləsinə aid məməli növü
Genetik araşdlrmalar göstərir ki, yapon porsuqları ilə asiya porsuqları eyni cinslidir.
Bu növ Yaponiyanın endemik növüdür. Onlar əsasən Honşu, Kyuşu, Şikoku və Şodoşima[5] adalarında yayılmışlar.
Yapon porsuqları Avropa porsuqlarına nisbətdə kiçik olurlar. Onların erkəklərinin uzunluğu 79 sm, dişilərdə isə 72 sm təşkil edir. Quyruqları 14–20 sm arasında dəyişir. Yetkin fərdlərin çəkisi 4–8 kq arasında dəyişə bilir. Ön ayaqları olduqca güçlüdür. Arxa ayaqları isə nisbətən qısadır. Sifət quruluşu avropa porsuqları ilə eynidir. Kəlləsi isə nisbətən balacadır.
Yapon porsuqkarı subalp cəmənliklərdə yazdan payıza qədər qidalanırlar. Şəhər ətrafı ərazilərdə belə onlara rast gəlmək olur. Burada onlar əsasən yağış qurdları ilə qidalanırlar. Üstəlik onların qida rasionuna giləmeyvələr, böçəklər və xurmalarla qidalanırlar. Gecə həyat tərzi keçirirlər. Yanvar-fevral ayları fəaliqlarını dayandırırlar. Avropa porsuqlarından fərqli olaraq balaların yetişdirilməsində ancaq dişilər iştirak edir.
İkinci ilində artıq dişilər çütləşməyə hazır olurlar. Mart-aprel aylarında iki və ya üç olmaqla bala verirlər. Balalar doğulduqdan sonra dişilər çütləşməyə hazıır olurlar. Bununla belə balaların doğulması ancaq növbəti ildə baş verir.
Papulyasiyanın sayında azalma müşahidə edilir. Səbəb isə torpaqların kənd təsərrüfatına cəlb olunmasıdır. Üstəlik yenotlarla olan mübarizə böyük təhlükə doğurur. Ovu qanuni olsa da 1970-ci ildən bəri demək olar ki tətbiq olunmur.