Yapon xenomelesi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Yapon xenomelesi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yapon xenomelesi (lat. Chaenomeles japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin xenomeles cinsinə aid bitki növü.
Vətəni Yaponiyadır. Çin və Avropada da becərilir.
Hündürlüyü 3 m-ə qədər olan qollu-budaqlı koldur. Budaqları əlifi-yaşıl rəngdə, çılpaq, tikanları 1–1,5 sm uzunluğundadır. Yarpaqları 3–8 sm uzunluğunda olub, yumurtavari və ya uzunsov yumurtavaridir; uc hissədə itiləşmiş, əsasına doğru tədricən daralan, kənarı iti mişardişlidir. Yazda qırmızımtıl, sonralar hər iki tərəfdən çılpaq olub, üstdən parıltılı, tünd yaşıl rəngli, alt tərəfdən açıq rəngli, dekabr ayınadək ağacın üzərində qalır. Saplağı 6–12 sm uzunluqdadır. Çiçəkyanlığı tumurcuqşəkilli olub, kənarları dişlidir. Çiçəkləri 2–6 ədəd olmaqla keçən ilki zoğlardakı çiçək saplağında yerləşir, 5 sm-dək diametri olan al qırmızı, çəhrayı və ya ağ taclıdır. Kasacığı zəngvarı, tamkənarlı, kasayarpaqcıqlıdır. Sütuncuğu bir qayda olaraq çılpaqdır. Çiçəkləməyə yarpaqlamadan qabaq başlayır, meyvələri dəyirmi, yumurtaşəkilli olub, yaşıl sarı rəngli, xallı xırda nöqtəlidir. Meyvəsi sentyabr-oktyabr aylarında yetişir, 2–3 yaşlarında meyvə verməyə başlayır.
Günəşə, işığa davamlı, münbit torpaqlarda yaxşı bitir. Sərt şaxtalardan əziyyət çəkir.
Böyük Qafqazda təbii halda rast gəlinir.
Mülayim iqlimli zonalarda bəzi şəhərlərin yaşıllaşdırılmasında istifadə edilir.