大日本帝國陸軍 / 大日本帝国陸軍 Yaponiya İmperator ordusu | |
---|---|
Növü | hərb |
Yaranma tarixi | 1871 – 1945 |
Ölkə | Yaponiya, Yaponiya imperiyası |
Tabedir | Yaponiya imperatoru |
Sayı | 335.000 (1914); 1.750.000 (1941); 6,095,000 (1945). |
Müharibələr | Çin-yapon müharibəsi (1894—1895), Rus-yapon müharibəsi, Birinci Dünya müharibəsi, İkinci dünya müharibəsində Sakit okean cəbhəsi |
Döyüşlər | |
Komandanlıq | |
Məşhur komandirləri |
Hadzime Suqiyama Hideki Todzyo Yamaqata Aritomo |
Vikianbarda əlaqəli mediafayllar |
Yaponiya İmperator ordusu — 1871–1945-ci illərdə Yaponiya imperiyasında fəaliyyət göstərmiş quru silahlı qüvvələri. Adətən "imperiya quru qoşunları" və "monarx qoşunları" adlanırdı. Yaponiya İmperator ordusu ölkənin bütün silahlı qüvvələrinin ali baş komandanı sayılan Yaponiya imperatoruna tabe olan ordu baş qərargahı və Ordu Nazirliyi tərəfindən koordinasiya olunurdu. Müharibə zamanı və yaxud fövqəladə hadisələr zamanı ordu ümumyapon məclisi, Yaponiya Silahlı Qüvvələrinin Baş qərargahı tərəfindən idarə olunur. Bu hallarda Yaponiya Silahlı Qüvvələrinin Baş qərargahının tərkibinə Ordu baş qərargahının sədrləri və müavinləri, ordu naziri, donanma baş qərargahının sədr və müavinləri, hərbi aviasiya və hərbi hazırlıq üzrə baş inspektor daxil edilir. İkinci dünya müharibəsindəki məğlubiyyətdən sonra imperator silahlı qüvvələri buraxılmış, hərbi zavodlar və tədris müəssisələri bağlanmışdır.
Yaponiya İmperator ordusunun yaradılması üçün ilkin şərtlər 1868-ci ildə Meydzi restavrasiyasının əvvəllərində rəsmiləşmişdir. 1868–1869-cu illər vətəndaş müharibəsinin gedişində İmperator hökuməti silahlı qüvvələrin islah edilməsinə olan ehtiyacı hiss etdi. Həmin dövrdə vahid dövlət ordusu mövcud deyildi, mərkəzi hakimiyyət isə ayrı-ayrı muxtar bölgələrdə mövcud olan samuray qüvvələrinə sığınırdı. Onları idarə eləmək üçün 1869-cu ilin avqustunda hökumət müharibə nazirliyini yaratmışdır. Müharibə nazirliyi ölkənin silahlı qüvvələrinin koordinasiyasını həyata keçirməklə yanaşı, ABŞ və Avropanın qabaqcıl ökələrinin ordu nümunələri əsasında islahatları özündə birləşdirən layihələr işləyib hazırlamalı idi.
1871-ci ilin fevralında İmperator hökuməti hərbi gücün əsas hissəsini Saçuma, Tyosyu və Tosa knyazlıqlarının qoşunlarından təşkil edərək, onların əsasında qvardiya formalaşdırmışdır. Ordu bilavasitə İmperatora tabe idi və Yaponiya İmperator ordusunun ilk bölməsi idi. 1 il sonra hökumət müharibə nazirliyini ləğv edərək, yerinə iki yeni — Ordu nazirliyi və donanma nazirliyini yaratmışdır.
1871-ci ildə Yaponiya ordusunun bölmələri qarnizonlarda birləşdirildi. Onlar ölkə boyu yerləşdirilərək vacib strateji mövqeyə malik şəhərlərdə yerləşən ayrıca qərargahlar tərəfindən idarə olunurdu. 1873-cü ilin yanvarında hökumət samuray qoşunlarını ləğv edərək ümumi hərbi mükəlləfiyyətin həyata keçirilməsi haqda fərman vermişdir. Bununla yanaşı, qarnizonlar sistemi yenidən təşkil olunmuş, sayları 6-ya qədər azaldılmışdır.
Dinc dövrdə yapon ordusunun sayı 30 000 döyüşçüdən ibarət idi. Onun işi üsyan edən samuray və kəndlilərin, hökumətin həyata keçirtdiyi siyasətdən narazı olan şəxslərin hücumlarının qarşısını almaq, ölkə daxilində qayda-qanunu qoruyub saxlamaqdan ibarət idi, lakin Yaponiya quru qoşunlarının sonrakı islahatları artıq xarici düşmənə əks təsir göstərmək üçün yönəldilmişdir. 1874-cü ildə 3000 nəfərdən ibarət olan yapon ordusu Tayvana yürüş etmişdir. Meydzi restavrasiyası dövründə hərbi liderlər qonşu Koreyanı işğal etməyi təkid edirdilər.
Təəccüblü deyil ki, yeni nizam narazı samuraylar tərəfindən qarışıqlıqlar törənməsinə gətirib çıxartdı. Belə qarışıqlıqlardan biri Sayqo Takamorunun rəhbərlik etdiyi Sasuma üsyanı idi. Belə ki bu üsyan sonda vətəndaş müharibəsinə çevrilmişdir. Bu üsyan Qərb taktikası və silahları ilə təchiz olunan yenidən qurulmuş Yaponiya İmperator ordusu tərəfindən tez bir zamanda yatırılmışdır. Baxmayaraq ki, bu üsyanın yatırılmasında Yaponiya İmperator Ordusunun əsas qüvvələrini keçmiş samuraylardan ibarət olunan Tokio polis qüvvələri təşkil edirdi.[1]
1882-ci ildə Yaponiya İmperator ordusu və Yaponiya Donanma ordusunun inkişafında çox mühüm rol oynayan "Əsgər və matroslara imperator reskripti" rəsmi bəyanat verilmişdir. Bu reskript imperatorun hərbçilər arasında olan şəxsi əlaqələri simvolizə etməklə yanaşı, hərbçiləri imperatorun şəxsi ordusunun rəhbərlərinə çevirmişdir.
Bundan sonra yüksək rütbəli sərkərdələr imperatorun yanına birbaşa girməyə icazə aldılar və bilvasitə olaraq öz bəyanatlarını ordu qarşısında söyləmək hakimiyyətini aldılar. Çağırışçılarla məmurlar arasında simpatik münasibətlərin qurulmuşdur. Bu xoş münasibət özünü əsasən kəndlilərin içərisindən çıxmış gənc zabitlərlə idi. Bununla hərbinin insanlara yaxın olmasını bildirmək idi. Həmin dövrdə çox insan siyasi liderlərindən çıxışlarından daha çox, ordu ilə bağlı məsələlərdə iştirak edirdilər.
Artıq 1890-cı illərdə Yaponiya İmperator ordusu Asiyanın ən müasir, ən yaxşı təlim keçmiş, ən yaxşı silahlarla təchiz olunmuş ordusuna çevrilmişdir. Avropanın qabaqcıl ölkələri və ABŞ-nin silahları ilə təchiz olunmasına baxmayaraq, onları silahları çox da böyük miqdar da deyildi. Həmçinin orduda lazımi döyüş sursatlarının çatışmazlığı vardı.
Birinci Çin-yapon müharibəsi (1 avqust 1894 – 17 aprel 1895) Koreya üzərində nəzarət qoymaq uğrunda başlamışdır. Həmin vaxt Koreya 1876-cı ilin 26 fevralında Kanxvado adasında Yaponiya və Koreya arasında əldə olunmuş razılığa əsasən Koreya Yaponiyanın tərkibində defakto ölkə kimi tanınırdı. Çin-yapon müharibəsi Tzin sülaləsinin rəhbərlik etdiyi ordunun Yaponiyanın yenicə qurulmuş ordusu qarşısında acizliyini göstərdi. Yapon ordu və donanmasının üstünlüyü, Çin feodal dövlətinin texniki-iqtisadi geriliyi, ordu rəhbərliyinin nöqsanları Çinin məğlubiyyətinə səbəb oldu. Yaponiya-Çin müharibəsi Simonoseki müqaviləsinin (1895) imzalanması ilə başa çatmışdı. Müharibə Çinin bölüşdürülməsi və maliyyə cəhətdən əsarətə alınmasının başlanğıcını qoydu.
Rus-yapon müharibəsi (9 fevral 1904 – 5 sentyabr 1905) – Rusiya və Yaponiya arasında Koreya və Mancuriya üzərində nəzarət üstündə baş vermişdir. Yaponlarla müharibədə ruslar ağır itkilər versələr də, yaponlar rus ordusuna həll edici zərbəni vura bilmədilər. Rus-yapon müharibəsi həm də bir Asiya dövlətinin müasir dövrdə ilk dəfə olaraq Avropa dövlətini məğlubiyyətə uğratması ilə əlamətdar olaraq yaddaşlarda qalmışdır.
Yaponiya Birinci Dünya Müharibəsinə Antanta tərəfdən qoşulmuşdur. Yaponiyada ordu komandanlığı donanmadan daha çox gücə malik idi. İngiltərə-Almaniya arasında müharibəyə bu iki qoşun növü müxtəlif nöqteyi-nəzərdən yanaşırdılar. Belə ki Yaponiya ordusu Prussiya ordusu əsasında qurulmuş və alman zabitlərindən dərs almışdılar, amma Yaponiya donanması Böyük Britaniyanın köməkliyi ilə qurulmuş və donanmaya ingilis maneraları öyrədilmişdir. Bütün bunlar daima Yaponiya hökumətində daimi mübahisələrə səbəb olurdu. Adi yaponiyalı müharibədə iştirakın nə üçün lazım olduğunu belə anlamırdı. Çünki Yaponiyada heç kim Almaniya tərəfindən təhlükə gözləmirdi. Bu səbəbdən Antanta tərəfindən müharibəyə qoşulan Yaponiya ictimaiyyətə müharibə haqqında çox məlumat vermirdi. İngilis-yapon birliyinə baxmayaraq, Yaponiyanın Asiyada ekspansiya siyasəti Böyük Britaniyanı narahat edirdi. Yaponiyanın Birinci dünya müharibəsində əsas rolu Almaniyanın hərbi-dəniz bazasının yerləşdiyi Sindao adasının işğal edilməsi olmuşdur.
1920-ci illərdə Yaponiya İmperator Ordusu sürətlə genişlənməyə başlamış və 1937-ci ildə artıq 300 000 nəfərdən ibarət olan orduya çevrilmişdir. Qərb ölkələrindən fərqli olaraq, ordu hökumət tərəfindən verilən böyük müstəqilliyə sahib idi. Meydzi konstitusiyasının şərtləri altında Ordu naziri hökumət tərəfindən keçirilən seçki əsasında yox, ancaq imperator Hirohito tərəfindən məsuliyyətə cəlb oluna bilərdi. Əslində Yapon mülki idarəçiləri yaşamaq üçün Ordunun dəstəyinə ehtiyac duyurdu. 1936-cı ildə qəbul olunan qanuna əsasən, general-leytenant ordu naziri postunu tuta bilərdi. Nəticədə 1920 və 1930-cu illərdə hərbi xərclər milli büdcədən pay kimi qeyri-proporsional (uyğun olmayan) şəkildə artdı. Bu da öz növbəsində ordunun daxilində olan müxtəlif qruplaşmaların Yaponiyanın xarici siyasətinə təsiri ilə yadda qaldı.
Yaponiya İmperator ordusu ilk əvvəl sadəcə olaraq Ordu (rikuqun) adlanırdı, lakin 1928-ci ildən başlayaraq, siyasi ambisiyalara əsasən İmperator Ordusu (Koqun) adlanmağa başlamışdır.
1931-ci ildən başlayaraq hər iki dövlət müntəzəm olaraq hərbi əməliyyatlar aparsalar da, ümummiqyaslı müharibə yalnız 1937-ci ildə başladı. Bu müharibə Çinin iri xammal ehtiyatları və digər təbii sərvətlərini ələ keçirmək üçün bir neçə onilliklər ərzində Yaponiyanın siyasi və hərbi cəhətdən davam edən imperialist siyasətinin nəticəsi idi. Eyni zamanda Çin millətçiliyi inkişaf etmiş və öz müqəddaratını təyin etmə ideyaları geniş yayılması hərbi toqquşmanın baş verəcəyini qaçılmaz etmişdir.
Bu tipli sonuncu insident 1937-ci ilin 7 iyul tarixində Marko Polo körpüsündə yaponlar tərəfindən kütləvi güllənmə -Luqouçyao insidenti idi. Bu insident nəticəsində hər iki ölkə arasında müharibə başlamışdır. 1937–1941-ci illərdə Çin ABŞ və SSRİ-nin köməkliyi ilə Yaponiyaya qarşı mübarizə aparmışdır. Yaponların 1941-ci ildə Pörl Harbora hücumundan sonra çin-yapon müharibəsi İkinci dünya müharibəsinin bir hissəsinə çevrildi.
1937-ci ildə Çin və Yaponiya arasında müharibə başlamışdır. Həmin ilin avqustunda qanlı və qəddar döyüşlərdən sonra yapon qoşunları Şanxaya daxil oldular. Şanxayı ələ keçirdikdən sonra həmin dövrdə Çinin paytaxtı olan Nankinin ələ keçirilməsi artıq məlum idi. İki yapon zabitinin 100 nəfəri qılıncla öldürməsi haqda təbliğat yapon ordusunun qəddarlığını genişləndirdi.
1937-ci il 13 dekabr tarixində Nankinə soxulan yaponlar dinc əhalinin qətliamını həyata keçirdilər. Çin hökumətinin verdiyi rəsmi bəyanata əsasən, təxminən 6 həftə ərzində əsgərlər şəhərləri soyub yandırmış, ən heyvani üsullarla əhalini məhv etmiş, qadınları zorlamışdılar. Çin tərəfdən zərər çəkən sakinlərin sayında 300 000 nəfər öldürülmüş, 20 000-dən çox qadın (7 yaşlı qızdan qoca qariya qədər) isə zorakılığa məruz qalmışdır. Müharibədən sonrakı tribunalda ölənlərin sayının 200 000-dən çox olması bildirilmişdir. Rəqəmlər arasında belə fərqin olması səbəblərindən biri, bir sıra tədqqiqatçıların Nankin qətliamında ancaq şəhər hüdudlarında ölənlərin sayını, digərlərinin isə Nankin ətrafını da saymaları göstərilir. Yapon hərbçilərinin Nankində törətdiyi qətliama görə ittiham olunmalarına baxmayaraq, Yaponiya tərəfi Nankin qətliamı barədə edilən ittihamları inkar edir.
1942-ci il 15 fevral tarixində yaponlar Böyük Britaniyanın müstəmləkəsi sayılan Sinqapuru işğal etdikdən sonra, işğalçı hakimiyyət çin cəmiyyəti tərəfindən təbliğ edilən "antiyapon elementləri"ni aşkar edərək ləğv etmək qərarına gəlir. Bu zaman Malay yarımadası və Sinqapurun müdafiəsində iştirak etmiş çinli iştirakçılar, həmçinin Britaniya administrasiyasında çalışmış keçmiş çinli xidmətçilər və hətta vaxtilə Çinə yardım fonduna ianələr vermiş sadə vətəndaşları qətlər yetirmişdilər. Bu əməliyyat çin ədəbiyyatında "Suk Çinq" (çin dilindən "ləğv etmə, təmizləmə" kimi tərcümə olunur) adını almışdır. Xüsusi quraşdırılmış filtrasiya bəndlərindən Sinqapurda yaşayan 18 yaşından 50 yaşına qədər olan çinli kişilər keçmişdir. Yaponlar təhlükə törədə biləcək sandıqları şəxsləri yük maşınlarında yaşayış məntəqələrindən kənara apararaq pulemyot atəşi ilə güllələyirdilər.
Tez bir zamanda "Suk Çink" əməliyyatı Malay yarımadasının ərazisində yayılmışdır. Orada insan resursunun çatışmazlığından yapon hakimiyyəti dindirmələr aparmadan bütün çin əhalisini məhv etmək qərarına gəlirlər. Xoşbəxtlikdən, martın əvvəllərində yarımadada keçirilən əməliyyatlar dayandırılmışdır. Buna səbəb yaponların qoşunlarının bir hissəsini cəbhənin digər hissələrinə göndərməyin lazım olması idi.
Ölənlərin sayı dəqiq məlum deyildir. Sinqapur və Briyaniya hökumətinin məlumatına əsasən, 100 000 nəfər güllələnmişdir. Tribunalda isə bunun 50 000 nəfər olması göstərilir.
İkinci dünya müharibəsində Sakit okean cəbhəsi Sakit okeanda və Şərqi Asiyada baş vermişdir. Bu müharibə Sakit okean və adaları, Sakit okeanın cənub-qərbi, Cənub-Şərqi Asiya və Çin kimi əraziləri əhatə etmişdir (1945-ci il Sovet-yapon münaqişəsi daxil olmaqla).
Əsasən, Sakit okean cəbhəsində hərbi əməliyyatlar, 1941-ci il 7 – 8 dekabr tarixində Yaponiyanın Tailandı işğalı və Britaniya müstəmləkələri olan Malayya, Sinqapur və Honkonqa, eləcə də ABŞ-nin Havay adalarında dislokasiya edilmiş Pörl Harbor hərbi bazasına, Ueyk adası, Quam və Filippinə hücumu ilə başlanmışdır. Bəzi tarixçilər, Asiyada münaqişəni 1937-ci il 7 iyul tarixində Yaponiya imperiyası və Çin Respublikası arasında baş vermiş İkinci çin–yapon müharibəsinin başlanğıcından və ya 1931-ci ilin 19 sentyabrında Mancuriyanın Yaponiya tərəfindən işğalı tarixindən götürürlər.[2] Əsas etibarilə, Sakit okean cəbhəsində hərbi əməliyyatlar 1941-ci ilin dekabr ayının əvvəllərində başlamışdır (İkinci çin–yapon müharibəsi daxil olmaqla).
Sakit okean cəbhəsində hadisələr, antihitler koalisiyasının Yaponiyaya qarşı döyüşləri ilə cərəyan etmişdir. Yaponiyanın müttəfiqi kimi Tailand böyük rol göstərsə də, əsas müttəfiqləri olan Almaniya və İtaliya hərbi yardım edə bilməmişdir. Məhz, İkinci dünya müharibəsi bu regionda ABŞ Hərbi Hava Qüvvələri tərəfindən Xirosima və Naqasaki şəhərlərinə atom bombası atılması, [[1945-ci ilin 8 avqustunda Mancuriyanın Sovet ordusu tərəfindən işğalı və Yaponiyanın 1945-ci il 15 avqust tarixində təslim olması ilə bitmişdir. Yaponiyanın rəsmi formada təslim olması, 1945-ci il 2 sentyabr tarixində Missuri xətt gəmisində baş vermişdir. Bu məğlubiyyətdən sonra, Yaponiya imperatorunun bir sıra səlahiyyətləri əlindən alınmışdır.[3] Çünki antihitler koalisiyası ölkələri Yaponiyanın müharibəyə başlamasında əsas siyasi səbəb kimi hərbi aqressiyanı görürdülər və tezliklə Yaponiyanın yeni liberal-demokratik konstitusiyası qəbul edilmişdir.[4]
İkinci çin-yapon müharibəsi və bütün İkinci dünya müharibəsi boyunca Yaponiya İmperator ordusu fanatizmliyi və sadə vətəndaşlar, hərbi əsirlərə qarşı törətdiyi qəddarlıqlarla şöhrət qazanmışdır. Nankin qətliamı həmin qəddarlıqdan biridir. 1945-ci ildə Yaponiyanın kapitulyasiyasından sonra Yaponiya İmperator ordusunun çoxlu zabitləri və sıraviləri hərbi tribunala verilmiş və törətdikləri qəddarlıqlara görə cəzalandırılmışlar. 1949-cu ildə dinləmələr dayandırılmışdır. Bu müddət ərzində 5700-ə yaxın şəxs dinlənilmişdir.[5]
1941-ci ilin sonunda general mayor Tomitaro Horii "Cənub dənizlərindəki əsgərlərin rəhbərlərinə" adlı bəyanatda yerli sakinləri soymamaq və öldürməməyi bildirmişdir, lakin bu ancaq onun tabeliyində olan əsgərlərə aid edilmişdir.[6]
Yaponiya İmperator ordusunun öz düşmənlərinə qarşı belə qəddarlıq göstərməsinin səbəblərindən biri kimi Yapon İmperator ordusunda xidmət çəkən əsgərlərin özünə qarşı edilən qəddarlıqlar idi. Belə ki İmperator ordusu öz əsgərlərinə təlim keçərkən onlara qarşı sərt davranılırdı.[7] Əsgərləri döyür, lazımi qida çatışmazlığı, amansız və sərt intizam taktikalarının gərginliyi onlarda bu cür qəddarlıq yaratmışdır, lakin bu fakt 1882-ci ildə qəbul edilən İmperator reskriptini təkzib edir. Belə ki həmin reskriptdə zabitlərin təlim keçərkən təbəələrinə qarşı son dərəcə nəzakətli olması qeyd olunmuşdur.[8] 1943-cü ilə qədər yuxarı komandanlıq bu cür qəddarlıqların ordunun mənəvi ruhuna pis təsir etdiyini nəzərə almamışdır.[9]
Syova dövrünün birinci hissəsində Meydzi konstitusiyasına uyğun olaraq imperator "ordu və donanmanın ali baş komandanı" idi. Belə olan halda, imperator Hirohito 1937-ci ildə yaradılan və hərbi qərarların qəbul edildiyi İmperiya ordusu Baş katibliyinin hüquqi ali baş komandanı sayılırdı.
"Suqiyamanın xatirələri", Fumimaro Konoe və Koiti Kidonun gündəliklərində imperatorun qərargah rəhbərləri və nazirlərlə qeyri-rəsmi görüşləri ətraflı təsvir edilmişdir. Bu imperatorun bütün hərbi əməliyyatlardan xəbərdar olmasını və bəzi qərarlarda çətinlik çəkən nazirlərinə dəyişikliklərin etməsini şübhəaltına almır.
Tarixçilər Yoşiaki Yoşimi və Seiya Matsunoya əsaslanaraq, Hirohito Çin əsgərlərinə və sadə vətəndaşlarına qarş toksik (zəhərli) qazdan istifadə etmək kimi bəzi xüsusi qərarları özü vermişdir. 1938-ci ildə Uxan yaxınlığında baş vermiş döyüşdə zəhərli qazdan istifadə olunmuşdur.[10]
Tarixçilər Akira Fudzivara və Akira Yamadanın bildirdiklərinə əsasən, imperator Hirohito bir sıra hərbi əməliyyatlarda dəyişikliklər etmişdir. Məsələn, o general Hadzime Suqiyamaya 1942-ci ilin yanvar və fevral aylarında ordunun sayının artırılması və Bataana hücum edilməsi barədə 4 dəfə təzyiq göstərmişdir. 1943-cü ilin avqustunda imperator Suqiyamanı ABŞ ordusunun Süleyman adalarını işğal etməsinin qarşısını ala bilməməkdə günahlandırmışdır.[11]
Ancaq çox nadir hallarda Dövlət məclisi tərəfindən qərarlar qəbul olunmuşdur. İmperator hökuməti bu quruma ancaq Çinə soxulma, Şərqi Asiyada müharibə aparmaq kimi sanksiyaların qəbul olunmasına icazə vermişdir. Nəhayət, 1945-ci ilin yayında imperator Hirohito radio vasitəsilə Yaponiya İmperator ordusunun ali baş komandanı kimi silahlı qüvvələrin ABŞ ordusuna təslim olması barədə nitq söyləmişdir.
Kateqoriya | Rütbə | İlmə | Paqon |
İmperator 天皇 tenno: |
generalissimus 大元帥 dayqensuy |
||
generallar 将官 syö: kan |
general 大将 taysyö: |
||
general-leytenant 中将 tyu: dzyö: |
|||
general-mayor 少将 syö: syö: |
|||
zabitlər 士官 sikan |
polkovnik 大佐 тайса |
||
polkovnik-leytenant 中佐 tyu: sa |
|||
mayor 少佐 syö: sa |
|||
kapitan 大尉 tayi |
|||
leytenant 中尉 tyu: i |
|||
kiçik leytenant 少尉 syö: i |
|||
unter zabit 准士官 dzyunsikan |
gizir 准尉 dzyuni |
||
çavuşlar 下士官 kasikan |
baş çavuş 曹長 so: työ: |
||
çavuş 軍曹 qunso: |
|||
kapral 伍長 qotö: |
|||
əsgərlər 兵 xey |
başçı 兵長 xeytyö: |
||
yüksək dərəcəli sıravi 上等兵 dzyö: to: xey |
|||
I dərəcəli sıravi 一等兵 itto: xey |
|||
I dərəcəli sıravi 二等兵 nito: xey |