Yaponiyanın danışıqsız təslim olma aktı | |
---|---|
Yaponiyanın Kapitulyasiya Aktı | |
Müqavilənin tipi | kapitulyasiya aktı |
İmzalanma tarixi | 1945-cü ilin 2 sentyabr |
İmzalanma yeri | Yaponiya İmperiyası Tokio körfəzi Missuri gəmisi |
Tərəflər |
|
Vikianbarda əlaqəli mediafayllar |
Yaponiya imperiyasının kapitulyasiyası (yap. 日本の降伏) — eyni zamanda İkinci Dünya müharibəsinin tərkib hissəsi olan İkinci dünya müharibəsində Sakit okean cəbhəsi və Sovet-yapon müharibəsinin bitməsi.
26 iyun 1945 ildə antiyapon koalisiyasının müttəfiqləri: Çin, ABŞ və İngiltərə Yaponiyaya danışıqsız təslim olmaq şərtlərini özündə birləşdirən "Potsdam Deklarasiyası" adlı sənədi qəbul edirlər. Burada əgər Yaponiya şərtləri qəbul etməzsə, ölkənin tamamən məhv edilməsi nəzərdə tutulurdu.
28 iyun 1945 ildə Yaponiya rəsmi qaydada ultimatumun şərtlərindən imtina edir.
6 avqust 1945 ildə "Podstam deklarasiyası" şərtlərinə əsaslanan ABŞ Hiroşima şəhərinə atom bombası atır.
8 avqust gecə radələrində SSRİ Yaponiyaya müharibə elan edir.
9 avqust 1945 ildə Naqasaki şəhərinə ikinci atom bombası atılır.
10 avqust tarixində Yaponiya Podstam Deklarasiyası çərçivəsində, imperator idarə sturukturunun qorunub saxlanması şəraiti ilə danışıqsız təslim olmaq məsələsini qəbul etdiyini bildirir. 11 avqustda ABŞ Podstam Deklarasiyasının xaricində olunan dəyişiklikləri qəbul etmədiyini bildirir. 14 avqustda Yaponiya rəsmi olaraq (İmperatorun toxunulmazlığı dəyişikliyi olmaqla) kapitulyasiyanı qəbul etdiyini bildirir. Bununla belə cəbhədə döyüşlər Aktın imzalanmasına qədər davam etmişdir. Yaponiyanın işğalı faktiki olaraq amerikanlar tərəfindən 28 avqust tarixindən başlanılmışdı.
Formal kapitulyasiyanı sənədi 1945-ci il 2 sentyabr 9:02 radələrində[1][2] Tokio körfəzində yerləşən Missuri gəmisində imzalanmışdır.