Yaponəsilli Amerikalılar Milli Muzeyi

Yaponəsilli Amerikalılar Milli Muzeyi
Xəritə
Əsası qoyulub 1992
Ölkə
Yerləşir Los-Anceles
34°02′58″ şm. e. 118°14′20″ q. u.HGYO
janm.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaponəsilli Amerikalılar Milli Muzeyi (全米日系人博物館, Zenbey Nikkeycin Hakubutsukan?, ing. Japanese American National Museum)ABŞ-nin Los-Anceles şəhərinin Kiçik Tokio bölgəsində yerləşən muzey.[1] Yaponəsilli amerikalıların mədəniyyətinə həsr olunmuş ilk muzeydir.[1]

Muzeyin yaradılması üçün ilk cəhdlər 1980-ci illərin əvvəllərində başlamışdır.[1] Kiçik Tokio biznesmenləri və 442-ci piyada alayının veteranları 1982-ci ildə Los-Anceles Qraflığı Milli Muzeyində "Yaponəsilli amerikalı əsgər" sərgisi təşkil etmiş və daimi muzey üçün yer axtarmağa başlamışdırlar.[1] Muzeyin əsası 1985-ci ildə qeyri-maddi institut kimi qoyulmuş və baş qərargahı tərk edilmiş Nişi Honvanci Buddist Məbədi olmuşdur.[1] Los-Anceles inkişaf agentliyi və Kaliforniya ştatının qanunvericiliyi muzey layihəsi üçün vəsait ayırmışdır.[1]

1990-cı ildə muzeyin təməlatma mərasimi baş tutmuş və məbədi muzeyə çevirmək üçün işlərə başlanmışdır.[1] 1992-ci ildə muzey rəsmi olaraq açılmışdır.[1] 1996-cı ildə muzey üçün memar Qyo Obata tərəfindən dizayn olunmuş 7.800 m2-lik yeni pavilyonun tikintisi başlamışdır.[1] Pavilyonun açılışı 1999-cu ildə baş tutmuşdur.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Muzeyin 1999-cu ildə açılmış pavilyonunda muzeyin əsas sərgiləri, resurs mərkəzi, həyat tarixi studiyası, işçi ofisləri və Robert Murase tərəfindən dizayn olunmuş bağça yerləşir.[1] Burada həmçinin muzeyin daimi sərgisi olan "Ortaq zəmin: İcmanın ürəyi" keçirilir.[1] Bu sərgi çərçivəsində ABŞ yaponların həyatı artifaktlar, fotolar və filmlərlə nümayiş etdirilir.[1]

Muzeydə İkinci dünya müharibəsi zamanı ABŞ yaponların həbsinə həsr olunmuş təqdimat yer alır.[1] Bu təqdimata videolar, məktublar, Manzanar düşərgəsinin modeli və Hart dağı düşərgəsindəki bir kazarmanın rekonstruksiyası daxildir.[1] Muzeyin resurs mərkəzində ABŞ yaponların tarixinə və ədəbiyyatına dair böyük kolleksiya saxlanılır.[1] Resurs mərkəzinin kolleksiyasında axtarış aparmaq üçün veb-sayt fəaliyyət göstərir.[1]

Muzey digər muzeylər və icmalarla əməkdaşlıq edir, Havay adalarında keçirilən sərgilərə sponsorluq edir.[1] Muzey film ekranlaşdırmalarına, konfranslara, mühazirələrə, imza günlərinə və ABŞ asiyalıları haqqında canlı teatrla ev sahibliyi edir.[1] Yapon icması muzeyə güclü dəstək verir və könüllülərlə birlikdə fəaliyyət göstərir.[1] Muzeyin 50.000 üzvü, eləcə də, 50 ştat və 16 ölkədə donorları var.[1]

  • Ling, Huping; Austin, Allan. Asian American: History and Culture - An Encyclopedia (ingiliscə). Routledge. 2010. səh. 423. ISBN 978-0-7656-8077-8. İstifadə tarixi: 1 noyabr 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]