Yaqut əl-Həməvi | |
---|---|
ərəb. ياقوت بن عبد الله الحَمَوي الرومي | |
Doğum tarixi | 1178[1] |
Doğum yeri | |
Vəfat tarixi | 20 avqust 1229 |
Vəfat yeri | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], coğrafiyaşünas, yazıçı, tarixçi |
Yaqut əl-Həməvi (1178[1], Konstantinopol – 20 avqust 1229, Hələb) — yunan əsilli ərəb coğrafiyaşünası, səyyahı.
Yaqut əl-Həməvi Qafqaz və Azərbaycan tarixi üzrə qiymətli mənbələrdən biri olan "Mucəm əl-buldan" əsərinin müəllifidir.[2]
Yaqut əl-Həməvi əslən türk olsa da, Suriya tacirlərindən birinin qulu olduğu dövrdə müsəlman dinini qəbul etmişdir. Tacirin vəfatından Bağdada köçərək kitab üzü köçürmək və kitab alveri etməklə məşğul olmuşdur. XIII əsrin I yarısında ərəblərin əldə etdikləri məlumatları toplamaqla "Coğrafi lüğət" kitabını yazmışdır. Yaqut Aralıq dənizinin şərqində yerləşən ölkələri, Iranı, Orta Asiyanı gəzmiş və Mərv şəhərində yaşamışdır. Yunan və müsəlman ölkələrinin məlumatlarına əsaslanmaqla coğrafi lüğətlər tərtib etməklə məşğul olmuşdur.