Yarımkəskin limfositar tireodit

Yarımkəskin limfositar tireodit

Yarımkəskin limfositar tireodit — bu xəstəlik tireotoksikoz simptomlarının qəflətən meydana çıxması, qanda T3 və T4 hormonlarının səviyyəsinin yüksəlməsi, 131J-un toxuma tərəfindən udulmasının zəifləməsi, ağrısız diffuz zobun inkişafı ilə xarakterizə olunur. Qadınlarda çox vaxt doğuşdan sonra baş verir. Patogenetik cəhətdən xronik limfositar tireoditə oxşardır. Xəstələrin əksəriyyətində antitireoid anticisimlər təyin edilir. Yarımkəskin limfositar tireoditin etiopatogenezində genetik meyilliliklə yanaşı virus etiologiyası ehtimal edilir. Xəstəlik doğuşdan 1,5–3 ay sonra tireotoksikoz əlamətləri ilə təzahür edir. Vəzi çox böyüyür, konsistensiyası bərkləşir, lakin palpator ağrısız olur.[1]

  1. A. H. Abbasov, A. F. Hümmətov, N. Y. Bayramov. Qalxanabənzər vəzin cərrahi xəstəlikləri (PDF). Bakı: Print-Təbib. 2012. 114. ISBN 978-9952-536-14-0.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]