Yasmin Hamdan

Yasmin Hamdan
ياسمين حمدان‎
Ümumi məlumatlar
Doğum tarixi 1976[1]
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, musiqiçi, mahnı yazarı[d], aktrisa
Fəaliyyət illəri 1997-ci ildən
Janr pop musiqisi
yasminehamdan.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yasmin Hamdan
Aarhus Festivalı 2015-ci il (Danimarka)

Yasmin Hamdan (ərəb. ياسمين حمدان‎‎; 1976[1], Beyrut[2]) Livanlı müğənni, bəstəkar, mahnı müəllifi və aktrisadır.Hələ Livanın Beyrut şəhərində yaşayarkən Zeid Hamdan (qohumluq əlaqəsi yoxdur) ilə qurduğu "Soapkills" qrupu ilə məşhurlaşdı.Soapkills tərəfindən çıxarılan ilk albom "Bater" (1999) oldu.[3] Soapkills, Yaxın Şərqdəki ilk müstəqil elektronik qruplardan biri idi.Yasmin Hamdan hələ bu günə qədər də ərəb dünyasının yeraltı musiqinin ikonası sayılır.[4][5]

Parisə köçdükdən sonra Yasmin Hamdan CocoRosie ilə əməkdaşlıq etdi.Daha sonra Mirwais(80-ci illərdə Fransız elektron yeni dalğa qrupu olan Taxi Girl-in bir üzvü və Madonnanın bəzi albomlarını hazırlayıb) ilə birləşdi.[6]Və Y.A.S. ilə birlikdə Arabology (2008) adlı albom çıxartdı.

Yasmin Hamdan daha sonra Mark Kollin (Nouvelle Vague qrupundan) ilə birlikdə 2012-ci ildə ilk solo albomunu yazmaq və hazırlamaq üçün güclərini birləşdirdi və 2013-cü ildə Crammed Discs tərəfindən Ya Nass adı altında hazırlanaraq beynəlxalq səviyyədə yayımlandı.Əl-Əxbar qəzetinə görə pop, xalq və elektronik səsləri müxtəlif Orta-Şərq ənənələrindən ilham alaraq melodiya və sözlərlə qarışdıran bu albomda Hamdan "ərəb musiqi irsinin təsdiqlənməsi və yenidən yazılması vəzifəsini öz üzərinə götürmüşdü".[7] Şəxsi həyatı (Livan, Küveyt, Əbu-Dabi, YunanıstanFransada yaşamışdı) və Hamdanın əsas marağı Livan, Küveyt, Fələstin, MisirBədəvi dilləri arasında ərəb dilindəki müxtəlif ləhcələri oynaqcasına dəyişərək istifadə etməkdən ibarət idi. Bu Yaxın Şərq yumoru üçün xarakterik olan kod dəyişdirmə idi.[8][9]


Hamdan daha sonra Cim Carmuşun Yalnız Sevgililər Sağ Qalır filmində Tilda Suinton və Tom Hiddlstonun yanında kameo kimi çıxış etdi.[10]

Yasmin Hamdan, Fələstinli rejissor və aktyor Elya Süleymanla evlidir və hazırda Parisdə yaşayır[11]

Soap Kills ilə
  • Bater (1999)
  • Cheftak (2001)
  • Enta Fen (2005)
Y.A.S. ilə
Yasmin Hamdan,2017-ci il Berlində konsertdə
  • Arabology (2009)
Solo
  • Ya Nass (2013) (originally given a limited release in 2012 as Yasmine Hamdan)
  • Al Jamilat (2017)
  • Jamilat Reprise (2018)

Film musiqiləri

[redaktə | mənbəni redaktə et]
  • 2016: Arasında - Maysaloun Hamoud
  • 2013: Yalnız Sevgililər Sağ Qalır -Cim Carmuş
  • 2009: Qalan Zaman - Elya Süleyman
  • 2006: What a Wonderful World -Faouzi Bensaidi
  • 2005: MÜkəmməl gün -Khalil Joreige və Joana Hadjithomas
  • 2003: Cendres- Khalil Joreige və Joana Hadjithomas
  • 2002: İlahi müdaxilə - Elya Süleyman
  • 2002: Terra Incognita -Ghassan Salhab


  1. 1 2 MusicBrainz (ing.). MetaBrainz Foundation, 2000.
  2. 1 2 https://www.franceinter.fr/emissions/encore-un-matin/encore-un-matin-28-mai-2012.
  3. "Yasmine Hamdan - Farklı Müzik". Farklimuzik.com. 2016-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.
  4. "Yasmine Hamdan Collaborates With Marc Collin". Rollingstoneme.com. 2011-12-07. 2013-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.
  5. "Arabic Music's Modern Voice". The New York Times. 13 Aprel 2012. 2022-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-11.
  6. Mulholland, Tara. "Arabic Music's Modern Voice". The New York Times (ingilis). 2012-04-12. ISSN 0362-4331. 2022-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.
  7. "Yasmine Hamdan: Musical Tradition With an Attitude". Al Akhbar English. 2012-04-27. 2012-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.
  8. "Leçon de géographie intérieure avec Yasmine Hamdan". Mondomix.com. 2012-06-18. 2012-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.
  9. Par Marie Ottavi. "Yasmine Hamdan, l'envol pop Next". Next.liberation.fr. 2012-05-21. 2012-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.
  10. "REORIENT - Middle Eastern Arts and Culture Magazine". Reorientmag.com. 2013-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-11.
  11. Saad, Shirine. "Childhood wanderings influence Yasmine Hamdan's third album". The National. 3 August 2013. 26 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2016.


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]