Kənd | |
Yasovul | |
---|---|
40°52′ şm. e. 43°48′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Şörəyel mahalı |
Rayon | [[Düzkənd rayonu (#empty_citation)]] |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.750 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Yasovul, Hovuni — İrevan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.[2]İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı[3][4]
Rayon mərkəzindən 18 km məsafədə yerləşir. 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində kənd adıdır[5][6]. "Başqa adı Ağkilsə-Qədim" (yenə orada). 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir.[7].
1588-ci ilə aid mənbədə Qarabağ sancağının "Incərud aranında" (yə'ni "Incərud qışlağında") Yasaul adlı tayfanın yaşaması qeyd olunur[8]. Səfəvilər dövründə fərmanı yaxud qanunu həyata keçirən şəxs yasavul adlanırdı. Yasavul (əsli monqolca yasaul) həm də məclis və mərasimlərin rəisi idi. Toponim "Şah fərmanını yerinə yetirən şəxs" mənasında işlənən yasavul sözündən əmələ gəlib "yasavula məxsus kənd" mənasını bildirir. Antropotoponimdir. Sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Hovuni qoyulmuşdur.[9]
1878-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir[10][11]