Yazılı dil yazılı ifadələr üçün bir ölkədə danışıq ləhcələrindən birinin qəbul edilmiş formasıdır. Standart dil ölçülü dil kimi də göstərilə bilər. Dünyada danışılan bəzi dillər tarixdən müasir dövrə kimi yazılı şəkildə istifadə olunmuş və zaman keçdikcə yazılı bir dil halına da gəlmişdir. Sözügedən yazılı dildən başqa, dünya dillərinin dialektləri və danışıq dilləri də vardır.
Yazının ən erkən nümunələri Neolit dövrünə aiddir. O zaman, gil lövhələri əmtəənin sayını izləmək üçün işlənilirdi. Ən erkən yazılı dil isə e.ə. IV minilliyə, Uruk şəhərinə aiddir.[2] Tarixçilər yazının ixtirasını ibtidai icma quruluşu ilə tarix arasındaki sərhəd olaraq sayırlar.[3] Beləliklə, proto-yazı ilə yazı arasındaki fərq qavrayış məsələsi olduğuna görə bu sərhəd dəqiq deyil.[4]
Yazılı, danışıq və işarə dilləri ünsiyyətin üç fərqli modallıqlarıdır və onların hər birinin özünəməhsus xüsusiyyətləri var.[5]
Danışıq və yazılı dillərin əlaqələri mürəkkəb bir məsələdir. Hazırda dilçilər arasında mövcud olan konsensusa görə, nitq insanların fitri qabiliyyətidir, yazılı dil isə mədəni ixtiradır.[6]
Dünyada mövcud olan yazı sistemləri dörd əsas növə bölmək olar: loqoqram, heca, əlifba və xarakterik.[7] Bunlardan başqa, texniki tətbiqlər üçün fonetik transkripsiya sistemləri mövcuddur. Və həmçinin, jest dilləri üçün yaradılan yazılar var, halbuki onlardan ancaq SignWriting istifadə olunur.[8]