Yağlı güləş

Yağlı güləş
Yağlı gürəş
Tam adı Yağlı güləş
Ölkə Türkiyə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yağlı güləş[1][2][3][4] (türk. Yağlı Güreş) — türk milli güləş növü. Güləş zamanı güləşçilər bədənlərini yağladıqları üçün yağlı güləş adlanır. Onlar bədənlərini zeytun yağı ilə yağlayırlar. Döyüş Ər meydanı adlı məkanda baş tutur. Güləş ümumən qədim türk idman növüdür. Mərkəzi Asiyada Tatar, Özbək və Tuva güləşlərini buna misal göstərmək olar. Güləşçilər Bahadır adlanır. Bahadırlar xüsusi şorta bənzər geyim geyirlər.

Digər Olimpiya güləş növlərindən fərqlənir. Güləş zamanı pəhləvanlar bir-birlərinin qurşaq nahiyədən tuta bilərlər. Güləşin ilkin formasında hansısa vaxt məhdudiyəti olmamışdır. Döyüşlər pəhləvanlardan birinin tam qalibiyyətinə qədər davsm etdirilirdi. Bu səbəbdən güləş bəzən bir və ya iki gün davam etdirilirdi. 1975-ci ildə idə güləşin bu növümə müəyyən qaydalar tətbiq edilmişdir. Başpəhləvanlar 40 dəqiqə, pəhləvanlar üçün isə 30 dəqiqə zaman kəsiyində vaxt ayrılır. Bu müddətlər ərazində qalib müəyyənləşməsə əlavə 10–15 dəqiqə artırılır.

Kırkpınarda keçirilən turnirin tarixi 1362-ci ildə təsadüf edir. Bu güləşin tarixi türklərin Anadoludan Rumeliyə keçidi zamanı yaranmışdır. Yağlı güləş zamanında əsasən hərbiçilər aradında əyləncə növü olmuşdur. Hər il Haziran ayında Ədirnənin Sarayiçi hissəsində baş tutmuş tarixi Kırkpınar güləşləri Süleyman Paşa komandanlığı altında Dardanel boğazını keçərək Geliboyuya gələn Rumeli fəthlərində iştirak edən qırx müsəlman igidin şərəfinə təşkil olunmuşdur. Tarixən saray kənarı yarışlar ısasən toy mərasimlərində və Ramazan bayramında təşkil olunurdu. Yağlı güləşin müxtəlif növlərinə hətta Şumer və Babilistan ərazilərində belə mövcud olmuşdur. Bu güləş milli türk güləşi olan Karakucağın nəzdində əmələ gəlmişdir. Güləş əsasən Təkkə adlı xüsusi idman mərkəzlərində tədris olunurdu. Türkiyədən xaricdə HollandiyaYaponiya ərazilərində belə yarışmalar təşkil olunur. Hollandiya Royal Dutch Power İdman Federasiyası bu yarışların təşkilatçısıdır.

Görkəmli pehlivanları

[redaktə | mənbəni redaktə et]
  • Yusuf İsmail
  • Hergeleci İbrahim
  • Kızılcıklı Mahmut
  • Kurtdereli Mehmet
  1. 28-Ιουλ-2005 Άρθρο στην Εφημερίδα ο Χρόνος Arxivləşdirilib 2011-11-05 at the Wayback Machine: Στα "Χίλια" Δερίου το πρώτο επίσημο πρωτάθλημα πάλης με λάδι.
  2. 7-Αυγ-2007 Άρθρο στην εφημερίδα Ο Χρόνος Arxivləşdirilib 2011-11-05 at the Wayback Machine: Υποτονική η προσέλευση του κόσμου στα 'Χίλια' — Πανηγύρι πάλης και ελεύθερης διακίνησης ιδεών".
  3. "Λαϊκός Πολιτισμός Νομού Σερρών". Ιστοσελίδα Νομαρχιακής Αυτοδιοίκησης Σερρών. 2011-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-12.
  4. "09.09.2011: Πάλη με λάδι στο οροπέδιο του Αλάν Τεπέ". 2016-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-02.