Yaşıl mil | |
---|---|
ing. The Green Mile | |
Müəllif | Stiven Kinq |
Janrlar | fantaziya, qaranlıq fentezi |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | avqust 1996 |
Yaşıl Mil, Amerikalı yazıçı Stephen King tərəfindən 1996-cı ildə nəşr olunan dəhşət/triller romanının adıdır. Əsl adı The Green Mile olan əsər "serialı roman"dır. Hal-hazırda daha çox tək bir kitabda formasında yığılır və roman şəklində çap olunur.
Bu romanı nəşr edərkən, Stephen King fərqli bir üslubu sınadı və Viktoriya dövrünün İngilis yazıçısı Charles Dickensin etdiyi kimi bir yandan romanı yazmağa davam edərkən, bir yandan da bitirdiyi hissələri kiçik cildlərdə (ya da fəsillərdə) nəşr etdirmişdir. Roman 6 fəsildə bitirilmişdir. Hər biri 60–70 səhifə olan incə cildlər, hər biri 6 fərqli başlıq altında hər ay nəşr olunmaqla 6 ayda yazılıb başa çatdırılmışdır. Tamamlandıqda, ümumilikdə 400 səhifə idi. Hər cildi New York Timesın bestseller siyahısına daxil olan roman, 1999-cu ildə kinoya köçürüldükdən sonra tək bir cilddə nəşr olunmuşdur. Bu bir cildli versiyası da ən çox satanlar siyahısına daxil olmağı bacarmışdır.
Roman 1996-cı ildə "Ən yaxşı roman" Bram Stoker mükafatına layiq görülmüşdür
Roman, 1930-cu illərdə ABŞ-də ağır cinayətlər həyata keçirmiş və edam hökmləri almış məhkumların olduğu Could Mountain həbsxanasının E-blokunda baş verir və həbsxana gözətçilərindən olan Paul Edgecombenin ağzından danışılır. Ölüm sırasını gözləyən məhkumlara da bir ləqəb də verilmişdir: "yeriyən ölü". Məhkumlar "Qoca Sparky" (qığılcım saçan) adlandırdıqları elektrik kreslosunda hökmlərinin icra edilməsi üçün növbələrini gözləyərkən, buraya gətirilən John Coffey adlı nəhəng və təmiz ürəkli məhbus hər kəsin xüsusilə başda Paul Edgecombe olmaqla həyatını dəyişdirir.
John Coffey, iki kiçik qızın təcavüzünə və qətlinə görə mühakimə olunmuş və edama məhkum edilmişdir. Ancaq bədəni böyük, beyni və ürəyi isə uşaq kimi kövrək olan bu adam, bu həbsxanaya gətirildiyi andan etibarən bütün insanlara, hətta siçovullara göstərdiyi dərin sevgi və şəfqəti ilə gözətçilərin və məhbusların rəğbətini qazanır. Mühafizəçilər Coffeyin bu cinayəti etmədiyini düşünməyə başlayırlar. Coffey həmçinin də bəzi qəribə qüvvələrə malikdir. Ölü bir siçanı dirildir, gözətçi Paul Edgecombenin bitməyən xəstəliyini (sidiyə getmə problemi) nəfəsi ilə yaxşılaşdırır və həbsxana rəhbərinin ölümcül xəstələnmiş (beyin xərçəngi) arvadını sağaldır. Ekstrasens gücləri ilə Edgecombeyə hadisə anında cinayətlə əlaqəsi olmadığını göstərir. İndi bu insanlar Coffeyin günahsız olduğuna əmindirlər, amma artıq edam qərarı verilmiş və həmin edam qərarı icra edilməlidir.
Green Mile ABŞ-də vahid bir roman cildi olaraq nəşr olunmamışdır. 28 Mart 1996-cı ildən başlayaraq ayda bir cilddən ibarət olmaqla 6 cilddə, yəni bir seriya olaraq 29 Avqusta qədər çıxmışdır. Cildləri nisbətən nazik olmuşdur. Hər cildi orta hesabla altmış və ya altmış altı səhifə olan kitabın həcmi ümumilikdə 400 səhifəyə bərabər olmuşdur.
Cild başlığı | Original adı | ABŞ-də nəşr tarixi | Azərbaycan dilində adı | |
---|---|---|---|---|
I Cild | The Two Dead Girls | 28 Mart 1996 | Yaşıl mil seriyası: 1 İki Ölü Qız | |
II Cild | The Mouse on the Mile | 25 aprel 1996 | Yaşıl mil seriyası: 2 Ölüm milindəki siçan | |
III Cild | Coffey's Hands | 30 May 1996 | Yaşıl mil seriyası: 3 Coffenin əlləri | |
IV Cild | The Bad Death of Eduard Delacroix | 27 iyun 1996 | Yaşıl mil seriyası:: 4 Eduard Delakruzun ölümü | |
V Cild | Night Journey | 25 iyul 1996 | Yaşıl mil seriyası: 5 Gecə yolçuları | |
VI Cild | Coffey on the Mile | 29 avqust 1996 | Yaşıl mil seriyası: 6 Coffey yaşıl mildə |