Yaşıl müqavimət | |
---|---|
Yaşıl müqavimət (ərəb. أخضر المقاومة) — Müəmmər əl-Qəzzafinin öldürülməsindən sonra yaranan hərbi təşkilat. Müqavimət Seyf əl-İslam Müəmmər əl-Qəzzafi tərəfindən Liviya torpaqlarını Milli Keçid Şurasından və xarici işğalçılarından azad etmək məqsədilə yaradılıb.
Müəmmər Qəddafinin devrilməsinə və Cəmahiriyyə quruluşunun süquta uğramasına baxmayaraq, Liviyada bir çox insan hələ də keçmiş hökuməti dəstəkləyir. Keçid Şurasının təhlükəsizliyi təmin edə biləcək vahid, güclü hökuməti qura bilməməsi, həmçinin ərzaq məhsullarının qiymətinin qalxmasına və işıqların mütəmadi söndürülməsinə görə Şuradan narazılıq günü-gündən artır. Bütün bunlar səbəb olub ki, Keçid Şurasına qarşı bir təşkilat yaransın. Yaşıl Müqavimət Müəmmər Qəzzafinin ölümündən cəmi bir neçə həftə sonra Seyf əl İslam tərəfindən təsis edildi. Təşkilatın qabağında ilkin hədəf kimi zindanlarda saxlanılan günahsız insanları azad etmək qoyulub.
Yarandıqdan dərhal sonra, Yaşıl Müqavimət Liviya xalqının böyük rəğbətini qazanıb. Əhalisinin 70%-ni yəhudilər təşkil edən Misurata istisna olmaqla, Liviyanın hər şəhərində təşkilatı dəstəkləyənlər var. Bəni-Vəlid, əl-Küfra, Tarxuna kimi iri şəhərlər isə tamamilə Yaşıl Müqavimətin tərəfdarlarından ibarətdir.
Yarandıqdan sonra ilk 2 ayda Yaşıl Müqavimət əsasən lokal əməliyyatların keçirilməsi ilə məşğul olsa da, 24 yanvar 2012-ci il tarixində bütün dünya mətbuatını özündən danışmağa məcbur edib. Artıq tamamilə məhv edilmiş sayılan Qəzzafiyə sadiq qüvvələr Yaşıl Müqavimətin tərkibində paytaxt Tripolidən 160 km aralıda yerləşən Bəni-Vəlid şəhərini ələ keçiriblər. Əllərində Cəmahiriyyənin yaşıl bayrağını tutan Müqavimətin döyüşçüləri avtomatlarla və pulemyotlarla hücum ediblər. Milli Keçid Şurasının yeddi üzvü, o cümlədən "28 may dəstəsi"nin komandiri Əbdul Salam əz-Zizi həmin hücumda qətlə yetirilib. Hal-hazırda Bəni-Vəlid şəhəri Yaşıl Müqavimətin nəzarəti altındadır.
Fevralın 9-da Yaşıl Müqavimət Liviyanın bombalanmasında böyük rola malik olmuş Qətərin səfirliyini partladıb. Əvvəlcə bu xəbər ciddi qəbul edilməsə də, sonralar YouTube portalına qoyulmuş video ilə öz təsdiqini tapıb. Bu hücuma görə məsuliyyəti Yaşıl Müqavimətin ən güclü qanadı sayılan "Şəhid Mötəsim Billah" batalyonu öz üzərinə götürüb.
Martın 8-də isə Yaşıl Müqavimət irimiqyaslı əməliyyat keçirərək, xanım jurnalist Halə əl-Misuratini və başqa günahsız məhbusları Zintan həbsxanasından azad edib. Maraqlı fakt odur ki, Beynəlxalq Qadınlar Gününə təsadüf edən bu hücum, Yaşıl Müqavimətin məhz qadın döyüşçüləri tərəfindən həyata keçirilib. Bu qadınlar Cəmahiriyyə vaxtında Qəzzafinin mühafizəsində işləyiblər.
Xəmis Qəzzafi — Müəmmər əl-Qəzzafinin doğma oğlu. Dəfələrlə ölümü haqqında məlumatlar yayılsa da, hal-hazırda sağ olması və Liviyada yaşaması bildirilir. Onun şəxsi həkimi Cəmal əl-Kürinin sözlərinə görə Xəmisin ayağı amputasiya olunmasına baxmayaraq, o hal-hazırda özünü yaxşı hiss edir.
Doktor Həmzə Tuxami — Cəmahiriyyə hökumətinin vaxtında yüksək vəzifədə çalışıb. Yaşıl Müqavimətin mətbuatla əlaqələrə cavabdehdir.
Abdulla Yunus Əbubəkr əl-Təvarqa — keçmiş müdafiə naziri Yunus Cəbirin oğlu. Yanvarın 12-də Keçid Şurasının ağır isgəncələri altında məzlumcasına şəhid olub.