Yaşıl santolina | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Yaşıl santolina |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Yaşıl santolina (lat. Santolina rosmarinifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin santolina cinsinə aid bitki növü.
Aralıq dənizi sahilləridir.
Hündürlüyü 60 sm-ə çatan yiğcam çətirli yarımkol bitkisidir. Yarpaqları ətirlidir. İyun ayında çiçəkləyir, toxumları sentyabrda yetişir. Santolinanın borucuq çiçəkləri xırda, yarımkürə formalı səbətlərə yığılmışdır. Toxum və qələmlə çoxaldılır.
İsti, günəşli yerləri sevir, quraqlığa davamlıdır, torpağa tələbkar deyildir.
Mərdəkan dendrarisində introduksiya olunmuşdur. Abşeronda mədəni şəraitdə becərilir.
Yarpaqlarından alınan efir yağından təbabətdə geniş istifadə olunur. Alpinarilərdə, tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.