Yeddi ölümcül günah — Xristianlıq inanclarına görə Yeddi böyük günah, Əsas günahlar, Kardinal günahlar kimi də tanınan, Roma-Katolik kilsəsinin yanaşmaları əsasında Papa I Qriqori tərəfindən hazırlanmış və insanların həyatı boyunca yayınmalı olduğu yeddi əsas günahdır.[1] Yeddi ölümcül günahdan Əhdi-Cədidin qalatiyalılardan bəhs edən bölməsində Yeddi Şeytani hərəkət kimi bəhs olunur. Dante Aligyeri yazdığı "İlahi komediya" əsərində tez-tez Yeddi ölümcül günah məsələsinə toxunmuşdu.
Bu günahların latınca adlarının ilk hərflərindən meydana gələn SALİGİA sözü Yeddi ölümcül günahın digər adıdır.[2] Yeddi ölümcül günaha aşağıdakılar daxildir:[3]