Yedek dili | |
---|---|
Ölkə | Malayziya |
Region | Kelantan |
Danışanların ümumi sayı | 280 nəfər (2017)[1] |
Təsnifatı | |
Dil kodları | |
Glottolog | jede1239 |
Yedek dili – Malayziyanın Kelantan ştatında 2017-ci ildə qeydə alınan dil.[2] Yedek dilində danışanlar özlərini etnik batek və menriq kimi təqdim etsələr də, dilləri digər dillərdən çox fərqlidir.[1]
Dili danışanlar heç bir adı daşımırlar. Yaxınlıqdakı xalqlar onları yedeklər çağırırlar.
Yedek dilində təxminən 280 nəfər danışır.[3] Bu dildən Malayziyanın Kelantan ştatının Yeli rayonunda, Yeli qəsəbəsinin cənubunda, Rual çayının üzərindəki Sunqay Rualda istifadə edirlər.[1]
2017-ci ildə Lund Universitetinin alimləri tərəfindən qeydə alınmışdır. Yox olma təhlükəsindədir.[4]