Yelena Radionova | |||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
rus. Елена Игоревна Радионова | |||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||
Tam adı | Yelena İqorevna Radionova | ||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Rusiya | ||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Moskva, Rusiya | ||||||||||||||||||||||||||||||||||
Boyu | 168 sm. (5 ft 5 in) | ||||||||||||||||||||||||||||||||||
İdman növü | Fiqurlu konkisürmə | ||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 2010—2020 | ||||||||||||||||||||||||||||||||||
Məşqçisi |
İnna Qohçarenho (2010—2017) Yelena Buyanova (2017—2020) |
||||||||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Yelena Radionova (rus. Елена Радионова; 6 yanvar 1999, Moskva) — Rusiyanı təmsil edən fiqurçu. Yelena Radionova 2015-ci ildə baş tutan Dünya Çempionatının bürünc, 2015 və 2016-cı illərdə baş tutan Avropa Çempionatlarının isə gümüş medallarına sahib olub. Radionova həm də ISU Qran-Pri Finallarında 2014–2015-ci illər mövsümündə gümüş, 2015–2016-cı illər mövsümündə isə bürünc medallar qazanıb. Karyerası ərzində 9 dəfə ISU Qran-Pri mərhələlərində podiumda olub; ISU ABŞ Qran-Prisi (2013-cü ildə bürünc, 2014-cü ildə qızıl), ISU Çin Qran-Prisi (2015 və 2017-ci illərdə bürünc, 2016-cı ildə qızıl), ISU Fransa Qran-Prisi (2014-cü ildə qızıl), ISU Rusiya Qran-Prisi (2015-ci ildə qızıl, 2016-cı ildə gümüş), ISU Yaponiya Qran-Prisi (2013-cü ildə gümüş).
Yelena Radionova həm də 2013-cü ilin "Nebelhorn Trophy", 2017-ci ilin "Shanghai Trophy" yarışlarının və 2017-ci ildə Qazaxıstanın ev sahibliyində baş tutan XXVIII Qış Universiada Oyunlarının qalibi olub.
Yelena Radionova 2012–2014-cü illərdə də gənclər arasında ciddi uğurlara imza atıb. 2013 və 2014-cü illərdə gənclər arasında Dünya Çempionatının qalibi olub. Radionova həm də 2012-ci ildə ISU Fransa Qran-Prisinin, ISU Avstriya Qran-Prisinin və ISU Qran-Pri Finalının qızıl medallarına sahib olub. 2013-cü ildə gənclər arasında Rusiya Çempionatının qalibi olan Yelena Radionova, 2014-cü ildə Rusiya Çempionatının qızıl medalına sahib olub.
Yelena Radionova 2 dəfə gənclər arasında Dünya Çempionatının qalibi olmağı bacaran birinci idmançıdır. Onun bu uğuruna 2018 və 2019-cu illərdə Alesandra Trusova yenidən imza atıb.
Karyerası ərzində 40 yarışda mübarizə Yelena Radionova, 15 qızıl, 10 gümüş və 8 bürünc medala sahib olub. Radionova 2020-ci il sentyabrın 22-də idmandan uzaqlaşdığını bildirdi.
Yelena Radionova 1999-cu il yanvarın 6-da anadan olub. Ailənin yeganə övladı olan Yelena Radionova üç yaşından OMİK-də İnna Qohçarenhonun məşqçiliyi altında idmanla məşğul olur.
Yelena Radionova 2010–2011-ci illər mövsümünün 2–4 fevralında Kazan şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 54.76 balla beşinci pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda 104.22 balla dördüncü pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 158.98 balla gənclər arasında Rusiya Çempionatını dördüncü pillədə baaş vurdu.
Yelena Radionova 2011–2012-ci illər mövsümündə Rusiya Çempionatlarında mübarizə apardı. Əvvəlcə o, Rusiya Çempionatında mübarizə apardı, nəticədə qısa proqramda 60.10 balla, sərbəst proqramda isə 115.72 balla altıncı pillələrin sahibi oldu. Ümumi nəticədə isə Yelena Radionova 175.82 balla Rusiya Çempionatını beşinci pilləni başa vurdu.
Daha sonra o, 5–8 fevralında baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 58.20 balla dördüncü pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda 122.75 balla üçüncü pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 180.95 balla gənclər arasında Rusiya Çempionatının bürünc medalına sahib oldu.
Yelena Radionova 2012–2013-cü illər mövsümündə gənclər arasında Fransa və Avstriya Qran-Prilərində mübarizə apardı. Əvvəlcə o, 22–24 avqustda Fransanın Kurşevel şəhərində baş tutan gənclər arasında ISU Fransa Qran-Prisində mübarizə apardı.[1] Qısa proqramda 62.16 balla birinci pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda da 116.64 balla birinci pillənin sahibi oldu.[2][3] Bu minvalla da o, ümumi nəticədə 178.80 balla gənclər arasında ISU Fransa Qran-Prisinin qızıl medalına sahib oldu.[1]
Daha sonra o, 12–15 sentyabrda Avstriyanın Linz şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Avstriya Qran-Prisində mübarizə apardı.[4] Qısa proqramda 62.72 balla birinci pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda da 120.16 balla birinci pillənin sahibi oldu.[5][6] Bu minvalla da o, ümumi nəticədə 182.88 balla gənclər arasında ISU Avstriya Qran-Prisinin qızıl medalına sahib oldu.[4] Mövsüm ərzində Fransada və Avstriyada baş tutan Qran-Prilərin qalibi olan Yelena Radionova, gənclər arasında ISU Qran-Pri Finalına vəsiqə qazandı.
Gənclər arasında ISU Qran-Pri Finalı Rusiyanın Soçi şəhərində baş tutdu və altı idmançı — Rusiya nümayəndələri Yelena Radionova və Anna Poqorilaya, ABŞ nümayəndələri Anqela Vanq, Anna Miller və Lea Keyser, habelə Yaponiya nümayəndəsi Sataho Miyahara mübarizə apardı.[7] Yelena Radionova qısa proqramda 60.90 balla, sərbəst proqramda isə 120.50 balla birinci pillələrin sahibi oldu.[8][9] Bununla da o, ümumi nəticədə 181.40 balla gənclər arasında ISU Qran-Pri Finalının qızıl medalına sahib oldu.[7] Gümüş medalı ABŞ nümayəndəsi Anna Miller, bürünc medalı isə Rusiya nümayəndəsi Anna Poqorilaya qazandı.[7]
2013-cü ilin sonu və əvəllində Yelena Radionova Rusiya Çempionatlarında mübarizə apardı. Əvvəlcə o, Soçi şəhərində baş tutan Rusiya Çempionatında mübarizə apardı. Nəticədə Yelena Radionova qısa proqramda 65.58 balla, sərbəst proqramda isə 126.68 balla üçüncü pillələrin sahibi oldu. Bununla da o, ümumi nəticədə 192.26 balla Rusiya Çempionatının gümüş medalına sahib oldu.
Daha sonra o, 2–4 fevralında baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 68.46 balla birinci pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda da 131.74 balla birinci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 200.20 balla gənclər arasında Rusiya Çempionatının qızıl medalına sahib oldu.
2012–2013-cü illər mövsümünün əsas yarışı — 25 mart-4 martda İtaliyanın Milan şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatı oldu.[10] Mövsüm ərzində gənclərin Rusiya Çempionatının və gənclərin ISU Qran-Pri Finalının qalibi olan Yelena Radionova, gənclərin Dünya Çempionatının əsas favoritlərindən biri idi. Yelena Radionova qısa proqramda uğursuz mübarizə apardı və 54.48 balla beşinci pillənin sahibi oldu.[11] Amma sərbəst proqramda onun uğurlu mübarizəsi aparması və 116.24 balla birinci pillənin sahibi olması, ümumi nəticəyə ciddi təsir göstərdi.[12] Bununla da Yelena Radionova ümumi nəticədə 170.72 balla gənclər arasında Dünya Çempionatının qızıl medalına sahib oldu.[10]
Yelena Radionova mövsümün əvvəlində, 26–28 sentyabrda Almaniyanın Oberstdorf şəhərində baş tutan "Nebelhorn Trophy" yarışında mübarizə apardı.[13] Qısa proqramda 65.50 balla, sərbəst proqramda isə 124.52 balla birinci pillələrin sahibi olan Yelena Radionova, ümumi nəticədə 190.22 balla "Nebelhorn Trophy" yarışının qızıl medalına sahib oldu.[13][14][15]
Yelena Radionova 2013–2014-cü illər mövsümündə ABŞ və Yaponiya Qran-Prilərində mübarizə apardı. Əvvəlcə o, Birləşmiş Ştatların Miçiqan ştatının Detroyt şəhərində baş tutan ISU ABŞ Qran-Prisində mübarizə apardı.[16] Qısa proqramda 68.02 balla üçüncü pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda 116.94 balla dördüncü pillənin sahibi oldu.[17][18] Bu minvalla da o, ümumi nəticədə 184.96 balla ISU ABŞ Qran-Prisinin bürünc medalına sahib oldu.[16]
Daha sonra o, 8–10 noyabrda Yaponiyanın ev sahibliyində baş tutan ISU Yaponiya Qran-Prisində mübarizə apardı.[19] Qısa proqramda 62.84 balla üçüncü pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda da 128.98 balla üçüncü pillənin sahibi oldu.[20][21] Bu minvalla da o, ümumi nəticədə 191.82 balla ISU Yaponiya Qran-Prisinin gümüş medalına sahib oldu.[19] Mövsüm ərzində Birləşmiş Ştatlarda və Yaponiyada baş tutan Qran-Prilərdə bürünc və gümüş medalların sahibi olan Yelena Radionova, ISU Qran-Pri Finalına vəsiqə qazana bildi.
ISU Qran-Pri Finalı Yaponiyada baş tutdu və altı idmançı — Rusiya nümayəndələri Yuliya Lipnitshaya, Anna Poqorilaya, Adelina Sotnihova və Yelena Radionova, habelə Yaponiya nümayəndəsi Mao Asada və ABŞ nümayəndəsi Eşli Vaqner mübarizə apardı.[22] Yelena Radionova qısa proqramda 65.38 balla beşinci, sərbəst proqramda isə 118.64 balla dördüncü pillələrin sahibi oldu.[23][24] Bununla da o, ümumi nəticədə 184.02 balla ISU Qran-Pri Finalını dördüncü pillədə başa vurdu.[22] Qızıl medalı Yaponiya nümayəndəsi Mao Asada, gümüş medalı Rusiya nümayəndəsi Yuliya Lipnitshaya, bürünc medalı isə ABŞ nümayəndəsi Eşli Vaqner qazandı.[22]
Daha sonra Yelena Radionova, Soçi şəhərinin ev sahibliyində baş tutan Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 68.76 balla üçüncü pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda da 135.26 balla üçüncü pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 202.02 balla Rusiya Çempionatının bürünc medalına sahib oldu.
2013–2014-cü illər mövsümünün əsas yarışı — 10–16 martda Bolqarıstanın Sofiya şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatı oldu.[25] Mövsüm ərzində Rusiya Çempionatının bürünc, ABŞ və Yaponiya Qran-Prilərinin isə bürünc və gümüş medallarına sahib olan Yelena Radionova, gənclərin Dünya Çempionatının əsas favoritlərindən biri idi. Yelena Radionova qısa proqramda 66.90 balla birinci pillənin sahibi oldu.[26] Sərbəst proqramda da onun uğurlu mübarizəsi aparması və 128.40 balla birinci pillənin sahibi olması, ümumi nəticədə onu qalib elədi.[27] Yelena Radionova ümumi nəticədə 195.30 balla növbəti dəfə gənclər arasında Dünya Çempionatının qızıl medalına sahib oldu.[25] Bu minvalla o, 2 dəfə gənclər arasında Dünya Çempionatının qalibi olmağı bacaran birinci idmançı oldu.
Yelena Radionova mövsümün əvvəlində, Yaponiyanın Saytama şəhərində baş tutan "Japan Open" yarışında mübarizə apardı.[28] Yelena Radionova sərbəst proqramda 136.46 balla birinci pillələrin sahibi oldu.[29] Komanda nəticələrinə əsasən isə "European" yığması ümumi nəticədə 552.95 balla "Japan Open" yarışının qızıl medalına sahib oldu.[28]
Yelena Radionova 2014–2015-ci illər mövsümündə ABŞ və Fransa Qran-Prilərində mübarizə apardı. Əvvəlcə o, Birləşmiş Ştatların İlinoys ştatının Hoffman Estates şəhərində baş tutan ISU ABŞ Qran-Prisində mübarizə apardı.[30] Qısa proqramda 65.58 balla üçüncü pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda 130.60 balla birinci pillənin sahibi oldu.[31][32] Bu minvalla da o, ümumi nəticədə 196.48 balla ISU ABŞ Qran-Prisinin qızıl medalına sahib oldu.[30]
Daha sonra o, 20–24 noyabrda Fransanın Bordo şəhərinin ev sahibliyində baş tutan ISU Fransa Qran-Prisində mübarizə apardı.[33] Qısa proqramda 68.28 balla birinci pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda da 136.64 balla birinci pillənin sahibi oldu.[34][35] Bu minvalla da o, ümumi nəticədə 204.92 balla ISU Fransa Qran-Prisinin qızıl medalına sahib oldu.[33] Mövsüm ərzində Birləşmiş Ştatlarda və Fransada baş tutan Qran-Prilərdə qızıl medalların sahibi olan Yelena Radionova, ISU Qran-Pri Finalına vəsiqə qazana bildi.
ISU Qran-Pri Finalı İspaniyanın Barselona şəhərində baş tutdu və altı idmançı — Rusiya nümayəndələri Yelena Radionova, Yelizaveta Tuxtamışeva, Anna Poqorilaya, Yuliya Lipnitshaya, habelə ABŞ nümayəndəsi Eşli Vaqner və Yaponiya nümayəndəsi Riha Honqo mübarizə apardı.[36] Yelena Radionova qısa proqramda 65.90 balla üçüncü, sərbəst proqramda isə 134.85 balla birinci pillələrin sahibi oldu.[37][38] Bununla da o, ümumi nəticədə 200.75 balla ISU Qran-Pri Finalının gümüş medalına sahib oldu.[36] Qızıl medalı Rusiya nümayəndəsi Yelizaveta Tuxtamışeva, bürünc medalı isə ABŞ nümayəndəsi Eşli Vaqner qazandı.[36]
Daha sonra Yelena Radionova, Soçi şəhərinin ev sahibliyində baş tutan Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 74.14 balla birinci pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda da 144.32 balla birinci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 218.46 balla Rusiya Çempionatının qızıl medalına sahib oldu.
2015-ci ilin 26 yanvar-1 fevralında İsveçin ev sahibliyində Avropa Çempionatı baş tutdu.[39] Rusiya Çempionatının qalibi olduğu üçün Yelena Radionvoa həmin Avropa Çempionatında mübarizə apardı.[39] Qısa proqramda 70.46 balla birinci pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda 140.08 balla 2-ci pillənin sahibi oldu.[40][41] Bununla da o, ümumi nəticədə 210.54 balla Avropa Çempionatının gümüş medalına sahib oldu.[39] Qızıl medalı Rusiya nümayəndəsi Yelizaveta Tuxtamışeva, bürünc medalı isə digər Rusiya nümayəndəsi Anna Poqorilaya qazandı.
2014–2015-ci illər mövsümünün əsas yarışı — 22–30 martda Çinin Şanxay şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı oldu.[42] Mövsüm ərzində Rusiya Çempionatının, ABŞ və Fransa Qran-Prilərinin qalibi, Qran-Pri Finalı və Avropa Çempionatının isə gümüş medallarına sahib olan Yelena Radionova, Dünya Çempionatının əsas favoritlərindən biri idi. Yelena Radionova qısa proqramda 70.52 balla 2-ci pillənin sahibi oldu.[43] Sərbəst proqramda isə onun uğursuz mübarizə aparması və 121.96 balla alrıncı pillənin sahibi olması, ümumi nəticədə onu qalib edə bilmədi.[44] Yelena Radionova ümumi nəticədə 192.48 balla Dünya Çempionatının bürünc medalına sahib oldu.[42]
Komandalararası Dünya Çempionatı[45][46][47]
Yelena Radionova 2015–2016-cı illər mövsümündə Çin və Rusiya Qran-Prilərində mübarizə apardı. Əvvəlcə o, 6–8 noyabrda Çində baş tutan ISU Çin Qran-Prisində mübarizə apardı.[48] Qısa proqramda 58.52 balla altıncı pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda 125.78 balla 2-ci pillənin sahibi oldu.[49][50] Bu minvalla da o, ümumi nəticədə 184.30 balla ISU Çin Qran-Prisinin bürünc medalına sahib oldu.[48]
Daha sonra o, 20–22 noyabrda Rusiyanın ev sahibliyində baş tutan ISU Rusiya Qran-Prisində mübarizə apardı.[51] Qısa proqramda 72.80 balla birinci pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda 142.54 balla 2-ci pillənin sahibi oldu.[52][53] Bu minvalla da o, ümumi nəticədə 215.34 balla ISU Rusiya Qran-Prisinin qızıl medalına sahib oldu.[51] Mövsüm ərzində Çində və Rusiyada baş tutan Qran-Prilərdə bürünc və qızıl medalların sahibi olan Yelena Radionova, ISU Qran-Pri Finalına vəsiqə qazana bildi.
ISU Qran-Pri Finalı İspaniyanın Barselona şəhərində baş tutdu və altı idmançı — ABŞ nümayəndələri Qresi Qold və Eşli Vaqner, Rusiya nümayəndələri Yevgeniya Medvedyeva və Yelena Radionova, habelə Yaponiya nümayəndəsi Sataho Miyahara və Mao Asada mübarizə apardı.[54] Yelena Radionova qısa proqramda 70.44 balla üçüncü, sərbəst proqramda isə 131.70 balla dördüncü pillələrin sahibi oldu.[55][56] Bununla da o, ümumi nəticədə 202.14 balla ISU Qran-Pri Finalının bürünc medalına sahib oldu.[54] Qızıl medalı Rusiya nümayəndəsi Yevgeniya Medvedyeva, gümüş medalı isə Yaponiya nümayəndəsi Sataho Miyahara qazandı.[54]
Daha sonra Yelena Radionova, Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 76.70 balla 2-ci pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda da 145.88 balla 2-ci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 222.58 balla Rusiya Çempionatının gümüş medalına sahib oldu.
2016-cı ilin 26 yanvar-31 yanvarda Bratislava şəhərinin ev sahibliyində Avropa Çempionatı baş tutdu.[57] Rusiya Çempionatının gümüş medalına sahib olduğu üçün Yelena Radionvoa həmin Avropa Çempionatında mübarizə apardı. Qısa proqramda 70.96 balla 2-ci pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda da 140.04 balla 2-ci pillənin sahibi oldu.[58][59] Bununla da o, ümumi nəticədə 211.00 balla növbəti dəfə Avropa Çempionatının gümüş medalına sahib oldu.[57] Qızıl medalı Rusiya nümayəndəsi Yevgeniya Medvedyeva, bürünc medalı isə digər Rusiya nümayəndəsi Anna Poqorilaya qazandı.[57]
2015–2016-cı illər mövsümünün əsas yarışı — 28 mart-4 aprelində Birləşmiş Ştatların Boston şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı oldu.[60] Mövsüm ərzində Rusiya və Avropa Çempionatlarının gümüş medallarına sahib olan Yelena Radionova, Dünya Çempionatının əsas favoritlərindən biri idi. Yelena Radionova qısa proqramda 72.70 balla beşinci pillənin sahibi oldu.[61] Sərbəst proqramda da onun uğursuz mübarizə aparması və 138.12 balla beşinci pillənin sahibi olması, ümumi nəticədə onun medala sahib olmasına icazə vermədi.[62] Yelena Radionova ümumi nəticədə 210.82 balla Dünya Çempionatını altıncı pillədə başa vurdu.[60]
Komandalararası Challenge Cup
Yelena Radionova 2016–2017-ci illər mövsümündə Rusiya və Çin Qran-Prilərində mübarizə apardı. Əvvəlcə o, 4–6 noyabrda Rusiyada baş tutan ISU Rusiya Qran-Prisində mübarizə apardı.[63] Qısa proqramda 72.94 balla 2-ci pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda da 125.68 balla 2-ci pillənin sahibi oldu.[64][65] Bu minvalla da o, ümumi nəticədə 198.62 balla ISU Rusiya Qran-Prisinin gümüş medalına sahib oldu.[63]
Daha sonra o, 18–20 noyabrda Çinin ev sahibliyində baş tutan ISU Çin Qran-Prisində mübarizə apardı.[66] Qısa proqramda 70.95 balla 2-ci pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda 135.15 balla birinci pillənin sahibi oldu.[67][68] Bu minvalla da o, ümumi nəticədə 205.90 balla ISU Çin Qran-Prisinin qızıl medalına sahib oldu.[66] Mövsüm ərzində Rusiyada və Çində baş tutan Qran-Prilərdə gümüş və qızıl medalların sahibi olan Yelena Radionova, ISU Qran-Pri Finalına vəsiqə qazana bildi.
ISU Qran-Pri Finalı Fransanın Marsel şəhərində baş tutdu və altı idmançı — Rusiya nümayəndələri Yevgeniya Medvedyeva, Anna Poqorilaya, Yelena Radionova və Mariya Sotshova, Kanada nümayəndəsi Ketlin Osmond, habelə Yaponiya nümayəndəsi Sataho Miyahara mübarizə apardı.[69] Yelena Radionova qısa proqramda 68.98 balla beşinci, sərbəst proqramda isə 121.84 balla altıncı pillələrin sahibi oldu.[70][71] Bununla da o, ümumi nəticədə 190.82 balla ISU Qran-Pri Finalını altıncı pillədə başa vurdu.[69] Qızıl medalı isə Rusiya nümayəndəsi Yevgeniya Medvedyeva qazandı.[69]
Daha sonra Yelena Radionova, Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 70.20 balla beşinci pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda da 140.05 balla beşinci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 210.25 balla Rusiya Çempionatını beşinci pillədə başa vurdu. Rusiya Çempionatında medala sahib ola bilməyən Yelena Radionova, həmin mövsümdə Avropa və Dünya Çempionatlarında mübarizə aparmadı, amma əvəzində Universiada Oyunlarında mübarizə apardı.
2017-ci ilin 28 yanvar-8 fevralda Qazaxıstanın Almatı şəhərinin ev sahibliyində XXVIII Universiada Oyunları baş tutdu.Qısa proqramda 70.02 balla birinci pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda da 128.60 balla birinci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 198.62 balla XXVIII Universiada Oyunlarının qızıl medalına sahib oldu.
Komandalararası Dünya Çempionatı
Yelena Radionova mövsümün əvvəlində, 20–24 sentyabrda Bratislava şəhərində baş tutan "Ondrej Nepela Trophy" yarışında mübarizə apardı.[72] Qısa proqramda 65.42 balla üçüncü, sərbəst proqramda isə 118.80 balla dördüncü pillələrin sahibi olan Yelena Radionova, ümumi nəticədə 184.22 balla "Ondrej Nepela Trophy" yarışının bürünc medalına sahib oldu.[72][73][74]
Yelena Radionova 2017–2018-ci illər mövsümündə Rusiya və Çin Qran-Prilərində mübarizə apardı. Əvvəlcə o, Rusiyada baş tutan ISU Rusiya Qran-Prisində mübarizə apardı.[75] Qısa proqramda 68.76 balla beşinci pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda 126.78 balla dördüncü pillənin sahibi oldu.[76][77] Bu minvalla da o, ümumi nəticədə 195.54 balla ISU Rusiya Qran-Prisini dördüncü pillədə başa vurdu.[75]
Daha sonra o, 2–5 noyabrda Çinin ev sahibliyində baş tutan ISU Çin Qran-Prisində mübarizə apardı.[78] Qısa proqramda 70.48 balla üçüncü pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda 136.34 balla dördüncü pillənin sahibi oldu.[79][80] Bu minvalla da o, ümumi nəticədə 206.82 balla ISU Çin Qran-Prisinin bürünc medalına sahib oldu.[78] Mövsüm ərzində Rusiyada və Çində baş tutan Qran-Prilərdə dördüncü və üçüncü medalların sahibi olan Yelena Radionova, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.
Daha sonra Yelena Radionova, St. Peterburq şəhərinin ev sahibliyində baş tutan Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 66.16 balla on üçüncü pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda 130.62 balla doqquzuncu pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 196.78 balla Rusiya Çempionatını onuncu pillədə başa vurdu.
Yelena Radionova 2018–2019-cu illər mövsümündə ABŞ və Yaponiya Qran-Prilərində mübarizə aparmalı idi. Amma zədə səbəbilə mübarizə aparmaqdan imtina etdi və mövsümü başa vurdu.
2019–2020-ci illər mövsümündə isə Yelena Radionova ISU göstərici aşağı olduğu üçün ISU Qran-Prilərində mübarizə apara bilmədi. Həmin mövsümündə Radionova həm də Rusiya Çempionatında da mübarizə aparmaqdan imtina etdi.
2020-ci il sentyabrın 22-də Yelena Radionova idmandan getdiyini bildirdi. Radionova rəsmi Instagram hesabında "…Həyatda yeni səhifənin açılması zaman gəldi" yazdı və hormonal problemlərinə görə 20 yaşında idmandan uzaqlaşmalı olduğunu bildirdi.
|
| |
Karyerası ərzində 9 mövsümdə mübarizə aparan Yelena Radionova, 15 qızıl, 10 gümüş və 8 bürünc medala sahib olub.
Dünya Çempionatı | |||||||||
Avropa Çempionatı | |||||||||
Qran-Pri: Final | |||||||||
Qran-Pri: ABŞ | |||||||||
Qran-Pri: Çin | |||||||||
Qran-Pri: Fransa | |||||||||
Qran-Pri: Rusiya | |||||||||
Qran-Pri: Yaponiya | |||||||||
"Ondrej Nepela" | |||||||||
"Nebelhorn Trophy" | |||||||||
"Shanghai Trophy" | |||||||||
Universiada Oyunları | |||||||||
Gənclərin Dünya Çempionatı | |||||||||
Gənclərin Qran-Prisi: Final | |||||||||
Gənclərin Qran-Prisi: Avstriya | |||||||||
Gənclərin Qran-Prisi: Fransa | |||||||||
Rusiya Çempionatı | |||||||||
Gənclərin Rusiya Çempionatı | |||||||||
Komandalararası Dünya Çempionatı | |||||||||
Komandalararası Challenge Cup | |||||||||
Japan Open | |||||||||
Yelena Radionova 2015-ci ilin Avropa və Dünya Çempionatlarında, 2017-ci ilin Çin Qran-Prisində |
02.02.2011 04.02.2011 |
Gənclərin Rusiya Çempionatı | Rusiya | |||||||
26.12.2011 28.12.2011 |
Rusiya Çempionatı | Rusiya | |||||||
05.02.2012 08.02.2012 |
Gənclərin Rusiya Çempionatı | Rusiya | |||||||
22.08.2012 24.08.2012 |
Gənclərin ISU Fransa Qran-Prisi | Fransa | |||||||
12.09.2012 15.09.2012 |
Gənclərin ISU Avstriya Qran-Prisi | Avstriya | |||||||
06.12.2012 10.12.2012 |
Gənclərin ISU Qran-Pri Finalı | Rusiya | |||||||
25.12.2012 28.12.2012 |
Rusiya Çempionatı | Rusiya | |||||||
02.02.2013 04.02.2013 |
Gənclərin Rusiya Çempionatı | Rusiya | |||||||
25.02.2013 04.03.2013 |
Gənclərin Dünya Çempionatı | İtaliya | |||||||
26.09.2013 28.09.2013 |
"Nebelhorn Trophy" | Almaniya | |||||||
18.10.2013 20.10.2013 |
ISU ABŞ Qran-Prisi | ABŞ | |||||||
08.11.2013 10.11.2013 |
ISU Yaponiya Qran-Prisi | Yaponiya | |||||||
05.12.2013 08.12.2013 |
ISU Qran-Pri Finalı | Yaponiya | |||||||
25.12.2013 25.12.2013 |
Rusiya Çempionatı | Rusiya | |||||||
10.03.2014 16.03.2014 |
Gənclərin Dünya Çempionatı | Bolqarıstan | |||||||
02.10.2014 04.10.2014 |
Japan Open | Yaponiya | |||||||
24.10.2014 26.10.2014 |
ISU ABŞ Qran-Prisi | ABŞ | |||||||
20.11.2014 24.11.2014 |
ISU Fransa Qran-Prisi | Fransa | |||||||
10.12.2014 14.12.2014 |
ISU Qran-Pri Finalı | İspaniya | |||||||
24.12.2014 28.12.2014 |
Rusiya Çempionatı | Rusiya | |||||||
26.01.2015 01.02.2015 |
Avropa Çempionatı | İsveç | |||||||
22.03.2015 30.03.2015 |
Dünya Çempionatı | Çin | |||||||
15.04.2015 20.04.2015 |
Komandalararası Dünya Çempionatı | Yaponiya | |||||||
06.11.2015 08.11.2015 |
ISU Çin Qran-Prisi | Çin | |||||||
20.11.2015 22.11.2015 |
ISU Rusiya Qran-Prisi | Rusiya | |||||||
10.12.2015 14.12.2015 |
ISU Qran-Pri Finalı | İspaniya | |||||||
24.12.2015 28.12.2015 |
Rusiya Çempionatı | Rusiya | |||||||
26.01.2016 31.01.2016 |
Avropa Çempionatı | Bratislava | |||||||
28.03.2016 04.04.2016 |
Dünya Çempionatı | ABŞ | |||||||
22.04.2016 24.04.2016 |
Komandalararası Challenge Cup | ABŞ | |||||||
04.11.2016 06.11.2016 |
ISU Rusiya Qran-Prisi | Rusiya | |||||||
18.11.2016 20.11.2016 |
ISU Çin Qran-Prisi | Çin | |||||||
08.12.2016 12.12.2016 |
ISU Qran-Pri Finalı | Fransa | |||||||
20.12.2015 26.12.2015 |
Rusiya Çempionatı | Rusiya | |||||||
01.02.2017 05.02.2017 |
Universiada Oyunları | Qazaxıstan | |||||||
20.04.2015 24.04.2015 |
Komandalararası Dünya Çempionatı | Yaponiya | |||||||
20.09.2017 24.09.2017 |
Ondrej Nepela Trophy | Bratislava | |||||||
20.10.2017 22.10.2017 |
ISU Rusiya Qran-Prisi | Rusiya | |||||||
02.11.2017 05.11.2017 |
ISU Çin Qran-Prisi | Çin | |||||||
24.11.2017 26.11.2017 |
"Shanghai Trophy" | Çin | |||||||
20.12.2017 24.12.2017 |
Rusiya Çempionatı | Rusiya |