Görməli yer | |
Yelisey sarayı | |
---|---|
Palais de l'Élysée | |
Ölkə | |
Şəhər | Paris |
Yerləşdiyi yer | VIII arondisman, "Faubourg Saint-Honoré" məhəlləsi, № 55 |
Binanın tipi | malikanə |
Memarlıq üslubu | barokko memarlığı, klassisizm |
Memar | Armand-Klod Mollet |
Əsası qoyulub | 1722 (tikintisi : 1718 - 1722) |
Əsas tarixlər | |
Açılış tarixi | 1722 |
Bina | |
Status | Tarixi abidə |
Sayt | elysee.fr |
Vikianbarda əlaqəli mediafayllar |
Yelisey sarayı (fr. Palais de l'Élysée) — Fransa Respublikası Prezidentinin Parisdəki iqamətgahı (VIII arondisman, "Faubourg Saint-Honoré" məhəlləsi, № 55). Həmçinin Fransa Nazirlər Şurasının iclasları burada, "Murat" zalında keçirilir. İyulun 14-də Fransa Milli Günü (əvvəllər Bastiliya Günü) ilə əlaqədar olaraq axşam sarayın bağlarında şənliklər keçirilir.
Fransa Prezidenti Yelisey sarayında Respublika Qvardiyasının fəxri qarovul dəstəsinin qarşısında xarici dövlət başçılarını qəbul edir.
Bina 1718-1722-ci illərdə memar Armand-Klod Mollet tərəfindən "Latour d'Auvergne" ailəsindən qraf Evreux və həyat yoldaşı üçün dəbli metropoliten malikanəsi kimi "regency" üslubunda tikilmişdir. 1753-cü ildə qrafın ölümündən sonra saray XV Lüdovik tərəfindən Madam de Pompadur üçün satın alındı. Bu dövrdə sarayın ərazisi genişləndirildi. Madam de Pompadurun 1764-cü ildə ölümündən sonra saray kralın uzaq qohumlarına keçdi.
Bina I Napoleon dövründə ilk dəfə dövlət məqsədləri üçün istifadə edilmişdir. 1805-ci ildə saray Yoahim Murat tərəfindən satın alındı[3] və o, Neapola getdikdən sonra imperator özü orada məskunlaşdı.
1816-cı ildə XVIII Lüdovik tərəfindən satın alındı.
1848-ci ildən saray imperator III Napoleonun rəsmi iqamətgahına çevrildi. Həmçinin bina 1853-1867-ci illərdə imperatorun əmri ilə memar Cozef-Yevgeni Lakroix tərəfindən yenidən tikilib və o vaxtdan onun görünüşü dəyişməyib