Yelizaveta Bıkova

Yelizaveta Bıkova
Ölkə
Doğum tarixi 4 noyabr 1913(1913-11-04)[1][2]
Vəfat tarixi 8 mart 1989(1989-03-08)[1][2] (75 yaşında)
Vəfat yeri
Dəfn yeri
Titulu Qrosmeyster (1976)
Dünya çempionluğu (1953–1956)
(1958–1962)
Mükafatları Qadınlar arasında dünya çempionu (1953–1956)
(1958–1962)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yelizaveta Bıkova (rus. Елизаве́та Ива́новна Бы́кова; 4 noyabr 1913[1][2]8 mart 1989[1][2], Moskva) — SSRİ şahmatçısı qadınlar arasında üçüncü və beşinci dünya çempionu.

Həyatı və dünya çempionluğu

[redaktə | mənbəni redaktə et]

Yelizaveta Bıkova 1913-cü il noyabrın 4-də Vladimir vilayətində anadan olub. Dördüncü sinfi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Moskvaya, qardaşının yanına gedir. Məktəbi bitirdikdən sonra əvvəlcə plan-iqtisadiyyat texnikumunu, sonra isə ali məktəbi qurtarmışdır.

Şahmat oynamağı qardaşından öyrənmişdir. Lakin oxuduğu üçün turnirlərdə iştirak etməmişdir. İlk dəfə 1935-ci ildə Moskva çempionatında oynayan Bıkova sonuncu yeri tutmuşdur. Lakin tezliklə istəyinə nail olaraq, şahmat məktəbinə üzv yazıldı və nəzəriyyəni öyrənməyə, tez-tez turnirlərdə çıxış etməyə başladı. Çox keçmədi ki, Moskvanın, sonralar isə ölkənin ən güclü qadın şahmatçılarından biri oldu. 1938-ci ildən 1952-ci ilədək o, 6 dəfə Moskva, 9 dəfə ölkə çempionu adına layiq görülmüşdür. Yelizaveta Bıkova 1953-cü ildə isə tac uğrunda mübarizədə Rudenkoya qalib gələrək, dünya çempionu adını qazandı. 1956-cı ildə tac uğrunda mübarizədə Olqa Rubtsovaya məğlub olmuşdur. Bu məğlubiyyət onun idmandan həmişəlik uzaqlaşması ilə nəticələnməmişdir. Bıkova 1958-ci ildə yenidən tax-taca sahib olmuş yalnız dörd ildən sonra dünya çempionu adını əldən vermişdir.[3]

  1. 1 2 3 4 Hosch W. L. Elizaveta Ivanovna Bykova // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Bibliothèque nationale de France Elizaveta Ivanovna Bykova // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Azər Zeynallı, Pərviz Əliyev, Şahmat aləminə səyahət, səh. 97 Bakı 1986.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]