Yelizaveta Bıkova | |
---|---|
Ölkə | |
Doğum tarixi | 4 noyabr 1913[1][2] |
Vəfat tarixi | 8 mart 1989[1][2] (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Titulu | Qrosmeyster (1976) |
Dünya çempionluğu |
(1953–1956) (1958–1962) |
Mükafatları |
Qadınlar arasında dünya çempionu (1953–1956) (1958–1962) |
Vikianbarda əlaqəli mediafayllar |
Yelizaveta Bıkova (rus. Елизаве́та Ива́новна Бы́кова; 4 noyabr 1913[1][2] – 8 mart 1989[1][2], Moskva) — SSRİ şahmatçısı qadınlar arasında üçüncü və beşinci dünya çempionu.
Yelizaveta Bıkova 1913-cü il noyabrın 4-də Vladimir vilayətində anadan olub. Dördüncü sinfi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Moskvaya, qardaşının yanına gedir. Məktəbi bitirdikdən sonra əvvəlcə plan-iqtisadiyyat texnikumunu, sonra isə ali məktəbi qurtarmışdır.
Şahmat oynamağı qardaşından öyrənmişdir. Lakin oxuduğu üçün turnirlərdə iştirak etməmişdir. İlk dəfə 1935-ci ildə Moskva çempionatında oynayan Bıkova sonuncu yeri tutmuşdur. Lakin tezliklə istəyinə nail olaraq, şahmat məktəbinə üzv yazıldı və nəzəriyyəni öyrənməyə, tez-tez turnirlərdə çıxış etməyə başladı. Çox keçmədi ki, Moskvanın, sonralar isə ölkənin ən güclü qadın şahmatçılarından biri oldu. 1938-ci ildən 1952-ci ilədək o, 6 dəfə Moskva, 9 dəfə ölkə çempionu adına layiq görülmüşdür. Yelizaveta Bıkova 1953-cü ildə isə tac uğrunda mübarizədə Rudenkoya qalib gələrək, dünya çempionu adını qazandı. 1956-cı ildə tac uğrunda mübarizədə Olqa Rubtsovaya məğlub olmuşdur. Bu məğlubiyyət onun idmandan həmişəlik uzaqlaşması ilə nəticələnməmişdir. Bıkova 1958-ci ildə yenidən tax-taca sahib olmuş yalnız dörd ildən sonra dünya çempionu adını əldən vermişdir.[3]