Yemiş

Yemiş
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü.

Qısa morfoloji təsviri

[redaktə | vikimətni redaktə et]

Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir.

Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər. Qovunun qabığı açıq - yaşıl, narıncı, qəhvəyi, ətli hissəsi isə ağ, yaşıl, narıncı və çəhrayı rəngdə olur. Ətli hissəsi konsistensiyasına görə lifli, yumşaq, xırda dənəli, xırçıldayan və sıx ətli olurlar. Dadına görə çox şirin, şirin, az şirin, dadsız, ətrinə görə çox ətirli, orta və zəif ətirli və ətirsiz olur. Yetişmə müddətinə görə tezyetişən (80 günə), ortayetişən (80-110 günə) və gecyetişən (110 gündən çox) qruplarına bölünür.

Ölçüsünə görə iri, orta və xırda olur. Üzəri hamar, tor şəbəkəli və qabırğalı formada olur. Tezyetişən sortları 20 günə, ortayetişənlər 1-2 aya qədər, saxlanılmağa davamlı, gecyetişənlər isə 3 aydan çox saxlanırlar. Bunların saxlanma müddəti yetişmə dövrlərindən asılıdır. Qovunlar bir neçə qrupa ayrılırlar.

  1. Tezyetişən Rusiya sortları;
  2. Tezyetişən Orta Asiya sortları;
  3. Yumşaq ətli Orta Asiya sortları;
  4. Xırçıldayan ətli Orta Asiya yay sortları;
  5. Cənub payız-qış sortları;
  6. Sıx ətli Rusiya sortları;
  7. Kantaluplar və ya Qərbi Avropa sortları.

Kantalupların ətli hissəsi sıx və dadı ətirli olur. Geniş yayılmış sortlarından Komsomol-142 və Limonu-sarı misal göstərilə bilər. Komsomol ortayetişən sort olmaqla, xırda meyvəli və şarşəkillidir. Ətli hissə ağdır, zərif vanil ətri verir. Limonu-sarı tezyetişən sortdur. Ətliyi ağ və sıx olur. Sıx ətli Rusiya sortlarına Bronzovka, Kolxozçu, şəkərli Krım, Persidskaya, Zimovka daxildir.

Zimovka orta yetişən olmaqla çəkisi 8 kq-a qədər gəlir. Yaxşı saxlanılır. Tərkibində 10%-ə qədər şəkər vardır. Kolxozçu ən çox yayılmış sortlardandır. Meyvəsi xırda, şarşəkilli, sarınarıncı yaşılı rəngdə olub, çox ətirli və dadlı, tərkibində 12%-ə qədər şəkər olur. Orta yetişən sortdur, daşınmağa davamlı, saxlanmağa davamsızdır.

Payız-qış sortlarına Qulyabi kara, Qulyabi sarı, yaşıl Quliyabi, narıncı Qulyabi daxildir. Yaşıl Qulyabi Cərco sortudur və çox gecyetişəndir. Çəkisi 4-8 kq-a qədər olur. Ətirli ətli hissəsinin tərkibində 10% şəkər vardır.

Narıncı Qulyabi gecyetişən sortdur, çəkisi 2,5-4 kq-a qədər olur. Yumurtavaridir, yaxşı saxlanır. Orta Asiya yay sortlarına Ak-kaun, Arbakeşka, Bargi-816, Içi-Kızıl, Kzıl-urup, Konça, Xokuzkalya, Qırmızı ətli və s. sortları daxildir.

Azərbaycanda Kolxozçu-749/753, Balakən-281, Qusarçay-426 və yerli qovun sortları becərilir.

Standarta müvafiq qovunlar təzə, təmiz və sağlam olmalıdır. Bunların rəngi və forması öz təsərrüfat-botaniki sortuna müvafiq olmalıdır. En kəsiyinin diametri ən çox 15 sm-dən, tezyetişən və silindrik formalılarda isə 10 sm-dən az olmamalıdır. Satışa buraxılan qovunların içərisində azacıq əzik və batıq, həmçinin ölçüdən uzaqlaşan qovunların miqdarı 5%-dən çox olmamalıdır. 10% eyni müddətdə yetişən başqa qovun sortlarının olmasına icazə verilir.

Xalq təbabəti

[redaktə | vikimətni redaktə et]

B vitamini və yodla zəngin qovun bir çox xüsusiyyətləri ilə dəyərli meyvələr sırasındadır.

İlk növbədə asanlıqla yuxuya getməyə kömək edir. Bununla yanaşı, mütəxəssislərin fikrincə, qovunun gözəl ətri cütlüklərdə cinsi istəyi artırır.

Yeməkdən əvvəl yeyilən qovun həzm sistemi orqanlarını təmizləyir. Lakin ac qarnına qovun yemək də məsləhət görülmür.Xörəkdən sonra qovun yemək həzmə ziyandır.

Böyrək-sidik kisəsi qumu tökülən zaman qovun yeyilərsə, böyrəklər rahatlanır və sakitləşir. Qovun həm də sidikqovucudur və tərqovucudur.Qurudulmuş qabığından 2 xörək qaşığı yemək böyrək daşına qarşı təsirlidir. Sidik yolu xəstəliklərinə qarşı faydalıdır.

Yeni ana olmuş xanımlar qovun yeməklə süd artımına nail ola bilərlər.

Babasil şikayətlərinə yaxşı təsir edir.

Qaraciyər xəstəliklərinə də qovun dənəsi suyu yaxşı təsir edir. Lakin gündə 1 stəkandan çox içmək məsləhət deyil.

Qovun bədənə sərinlik hissi verir. Yanan hissəyə qovun qoyularsa, ağrı azalır və sağalmasına kömək edir.Onu təpitmə halında bədəndə olan şişin üzərinə qoyduqda həmin yeri sakitləşdirir. Yemiş qabığının təpitməsi burun sulanmasına qarşı faydalıdır.

Ət bişirən zaman qovun qabığı əlavə edilərsə, tez bişməsinə səbəb olar.

Qovun tumu bir çox dərdə dərmandır. Belə ki, o, bədənə istilik və rütubət verib, mədəni yumşaldır. Qaraciyərin dərmanıdır. Sidikqovucu təsiri var. Sinə ağrıları, qızdırma, öskürək müşahidə olunan zaman qovun tumu yemək məsləhətdir.

Qovunun dənələri qaynadıldıqdan sonra suyu içildikdə nəfəs yolu narahatlıqlarının qarşısını ala bilər.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1011.