Kənd | |
Yengicə | |
---|---|
40°06′19″ şm. e. 44°25′48″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Zəngibasar mahalı |
Rayon | Zəngibasar rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1897[1] |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 855 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Yengicə — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.[3][4][5]
Rayon mərkəzindən 10 km şimalda yerləşir. "İrəvan əyalətinin dəftəri"ndə Yenicə kimi[6], Qafqazın 5 verstlik xəritəsində Yengicə formasında[7] qeyd edilmişdir. Zəngibasar rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur.
Toponim "təzə" mənasında yengi (ədəbi dildə yeni işlədilir) sözünə çoxaltma dərəcəsini əmələ gətirən -cə şəkilçisinin artırılması ilə düzəlmişdir. Relyef əsasında əmələ gələn düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.1978-ci il fərmanı ilə adı dəyişdirilib Norabats qoyulmuşdur.[8]
Kənddə 1897-ci ildə 27 nəfər, 1908-ci ildə 75 nəfər, 1914-cü ildə 90 nəfər, 1916-cı ildə 46 nəfər yalnız azərbaycanlı yaşamışdır[9].1949-cu ildə əhalisi Azərbaycana köçürülmüş və ermənilər yerləşdirilmişdir. 1991-ci ildə kənd ermənicə Sisavan adlandırılmışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş və buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 20 nəfər azərbaycanlı yaşamışdır ki,[10] onlar da 1924–25-ci illərdə yenidən qovulmuşdur. 1950-ci ildə kəndin əhalisi Azərbaycana köçürülmüş və ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.