Yeniyetmə ədəbiyyatı

Yeniyetmə bədii ədəbiyyatı 12-18 yaş arasındakı oxucular üçün nəzərdə tutulmuş bədii ədəbiyyat kateqoriyasıdır. Gənclərə yönəlmiş janrın oxucularının təxminən yarısı böyüklərdir. Gənclər və böyüklər üçün nəzərdə tutulmuş bədii ədəbiyyat əsasən uşaq romanları ilə böyüklər üçün nəzərdə tutulmuş ədəbiyyat arasındakı keçidi yumşaltmaq üçün hazırlanır.

Azərbaycanda yeniyetmələr üçün bədii ədəbiyyat nümayəndələri arasında reper və yazıçı Qaraqanın (Elxan Zeynallı)adını xüsusi qeyd etməliyik.

Yeniyetmə ədəbiyyatı ilə uşaq ədəbiyyatını qarışdırmaq olmaz.Yeniyetmələr üçün yazılan bədii əsərlərdə onları həyata hazırlamaq,dünya görüşlərini artırmaq üçün erotika,psixologiya,dini və.s mövzulara müracət oluna bilər.