Yerləndirmə (torpaqlama) — şəbəkənin, elektrik qurğusunun və ya avadanlığın hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə əlaqələndirilməsidir. Əsas xassələri ondan ibarətdir ki, yerləndirici qurğu yerlə kontakta girərək onunla elektrik birləşməsi yaradır. Bu qurğu elektrik cərəyanını yerə ötürməyə xidmət edir.
Elektrotexnikada yerləndirici qurğuları təbii və süni olaraq iki qrupa bölürlər.
Təbii yerləndirməyə aid olan konstruksiyalar yerlə daimi kontaktda olurlar. Ancaq onların müqaviməti tənzim olunmadığından və onların müqavimətinə heç bir tələb qoyulmadığından təbii yerləndirmənin konstruksiyalarını elektrik avadanlıqların yerləndirməsində istifadə etmək olmaz. Təbii yerləndiricilərə boruları misal göstərmək olar.
Süni yerləndirmə elektrik şəbkəsinin, elektrik qurğu və avadanlığının hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə məqsədli olaraq elektrik əaqləndirilməsidir. Yerləndirici qurğu (YQ) yerləndirici (yerlə bir başa və dolayı yolla əlaqədə olan keçirici hissə və ya bir-biri ilə əlaqələndirilmiş keçirici hissələr tolumu) və yerləndirməli olan hissəni yerləndirici ilə birləşdirən (yerləndirici) naqildən ibarətdir.
Yerləndirici sadə metal içlik şəklində (çox vaxt polad, nadir hallarda mis) və ya xüsusi formalı mürəkkəb elementlərdən hazırlanır. Yerləmənin keyfiyyəti qurğunun cərəyan axınına qarşı müqavimətindən asılıdır. Müqavimt nə qədər aşağı olarsa, bir o qədər yaxşıdır. Bunu elektrodların en kəsiyini böyütmək və qruntun xüsusi elektrik müqavimətini kiçiltməklə, yerləndirici elektrodların sayını həmçinin/və ya dərinliyini artırmaqla, qruntda duzun konsentrasiyasını artırmaqla, onu qızdırmaqla və s. əldə etmək olar.
Süni yerləndiricilər iki qrupa bölünürlər:
Dərinlik yerləndiriciləri formasına görə böyük dərinliklər üçün nəzərdə tutulur. Onlar dairəvi poladdan, borudan və ya digər profil çubuqlardan hazırlanırlar. Maksimal yerləndirmə dərinliyi yerin xassələrindən asılıdır. Normal halda yerləndirici 30 m dərinliyə qədər yerə daxil eidlə bilir. Dərinlik yerləndiricilərin yeraltı sularla daimi əlaqədə olması üstün cəhətlər yaradır. Bu yerləndiricilər ən azı 9 m dərinlikdə quraşdırılır. Əlverişli dərinlikdə yerin səthində çox kiçik potensilar fərqi yaranır. Kifayət drinliyə malik olmayan yerləndiricilərin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar pis potensial paylanmasına malikdirlər.
Səthi yerləndirici qurğular ən azı 0,5 m, ən çox 1 m aralığında yerləşən dərinlikdə, yerin səthinə paralel olaraq quraşdırılırlar. Bu növ yerləndiricilər yerin üst səthində əlverişli keçirici üstqatı olan yerlərdə daha çox istifadə olunur. Səthi yerləndiricilər adətən lent şəkili və ya dairəvi en kəsiyə malik materiallardan, eləcə də məftillərdən hazırlanırlar. Səthi yerləniricilərin üstün cəhəti ondan ibarətdir ki, onun yerləşdirilməsi üçün heç bir xüsusi alətə ehtiyac yaranmır. Yerin üstqatının nəmliyinin daimi dəyişməsi səthi yerləndiricilərin paylayıcı müqavimətinə mənfi təsir göstərir.
Yerləndiricinin forması yerləndirmədə potensiallar fərqinin paylanmasına mühüm təsir göstərir. Onların aşağıdakı formaları vardır:
Yaxın ərazidə tətbiq olunan müxtəlif yerləndirici sistemlər öz aralarında problemlər yarada bilərlər. Bu əsasən şəhər mühitində, bir-birinə yaxın tikililərdə nəzərə çarpır. Potenias sürüşməsi sayəsində xətt cərəyanı dövri cərəyana qarışır. Bu ona gətirib çıxarır ki, avadanlıq səlis işləmir. Ən pis halda yerləndiricinin sıradan çıxmasına səbəb olur.
Boru vasitsilə yerə ötürülən dəyişən cərəyan uzun zaman kəsiyində borunun paslanmasına səbəb olur.