Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yeva haqqında hər şey | |
---|---|
All About Eve | |
Janr | dram filmi[2][3], komediya filmi, ədəbi əsər ekranlaşdırılması[d] |
Rejissor | Cozef Leo Mankeviç |
Prodüser | Derril F. Zanuk |
Ssenari müəllifi | Cozef Leo Mankeviç |
Baş rollarda |
Bett Deyvis Enn Bekster Corc Sanders Selesta Holm |
Operator | Milton Krasner |
Bəstəkar | Alfred Nyüman |
İstehsalçı | 20th Century Fox |
Distribütor | 20th Century Fox |
İlk baxış tarixi | 1950, 13 oktyabr 1950, 15 yanvar 1951 |
Müddət | 138 dəq.[1] |
Büdcə | 1.400.000 $ |
Gəlir | 8.400.000 $[4], 8.489.279 $[5][6] |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 1950 |
Rəng | ağ-qara[d] |
Çəkiliş yeri | San-Fransisko, Konnektikut |
IMDb | ID0042192 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Yeva haqqında hər şey (ing. All About Eve) — 1950-ci ildə Rejissor Cozef Leo Mankeviç tərəfindən çəkilmiş amerikan dram filmi. Filmin ssenarisini Mankeviç Meri Orrun "Yevanın müdrikliyi"(ing. The Wisdom of Eve) hekayəsi əsasında yazmışdır. Bett Deyvis çox məşhur lakin, qocalmaqda olan Brodvey aktrisası Marqo Cenninq rolunu oynamışdır. Enn Bakster Cenninqin həyatına daxil olan və nəticədə həm onun karyerası, həm də şəxsi həyatı üçün təhlükəyə çevrilən cavan pərəstişkarı Yeva Xarrinqton rolunda çəkilmişdir. Digər personajları Corc Sanders, Selesta Holm, Xyü Marlou, Hari Merrill və Telma Ritter canlandırıblar. Film həmçinin Merilin Monronun kinoda rol aldığı ilk filmlərdən biridir.
"Yeva haqqında hər şey" tənqidçilərdən yüksək rəylər qazanıb; film 14 nominasiyada "Oskar"a namizəd göstərilib (bu sayda nominasiyaya sonradan yalnız 1997-ci ildə, "Titanik" filmi namizəd göstərilmişdir) və ən yaxşı film nominasiyası daxil olmaqla 6 nominasiyada qalib olub.
Kinematoqrafiya tarixində film klassika sayılır və 1990-cı ildə Birləşmiş Ştatların Milli Film reyestrində saxlanılmaq üçün seçilmişdir. 1998-ci ildə "Yeva haqqında hər şey" filmi Amerikan Kinoincəsənəti İnstitutunun tərtib etdiyi "Ən yaxşı 100 amerikan filmi" sırasında 16-cı yeri tutmuşdur.
Film gənc aktrisa Yeva Harrinqtonun Sara Siddons adına nüfuzlu teatr mükafatı ilə təltif olunduğu uydurulmuş səhnə ilə başlayır. Ardınca retrospektivdə göstərilən hadisələr verilir.
Marqo Cenninq (Bett Deyvis) — Brodveyin ən böyük aktrisalarından biridir, lakin misilsiz uğuruna baxmayaraq aktrisanın yaşı özünü göstərməkdədir. Növbəti axşam tamaşasından sonra Marqo gənc qadın Yeva Harrinqtonla (Enn Bakster) tanış olur. Yeva onu inandırır ki, aktrisanın istedadının sadiq pərəstişkarıdır və Marqonun qrim otağına yığışmış kompaniyada Marqo Cenninqin San-Fransiskoda verdiyi tamaşadan sonra onu Nyu-Yorka gəlməyə ilhamlandırdığını danışır. Tədricən filmdə Evanın ikiüzlülüyü və onun Marqo Cenninqə əziz olan hər şeyi: onun məşuqunu (Qeri Merril), dostlarını (Selesta Holm və Hyü Marlou), teatr karyerası və şöhrətini ələ keçirmək barədə gizli planları açılır.
Yeva Marqonun dublyoru olaraq onu kənarlaşdırmağa çalışır. Marqonun səhnəyə çıxa bilmədiyi ilk fürsətdə onun yerinə səhnəyə çıxmağa və çox saylı tənqidçilər önündə üstünlüklərini nümayiş etdirməyə niyyətlidir. Planı iflasa uğradıqdan sonra şantaj yolu ilə Marqoya söz verilmiş növbəti rolu almağa çalışır. Lakin Yeva Marqonun yaşına uyğun olmayan rolları oynamaqdan narazı olduğundan xəbərsizdir.
Yeva teatr tənqidçisi Eddison Devittin (Corc Sanders) köməyilə teatr aləmində yüksəlməyə çalışır. Öz iştirakı ilə olan tamaşanın premyerasına az qalmış Yeva Devittə ssenarist Lloyd Riçardsonun (Hyu Marlou) arvadı Karenlə (Selesta Holm) boşandıqdan sonra ona ərə getmək planını açıqlayır. Devitt öz şəxsi mənafeyini təmin etmək məqsədilə Yevanın bütün sirlərini öyrənir və onu şantaj edir. O, Yevanın San-Fransiskodan Nyu-Yorka gəlməsinin əsl səbəbini danışır. Belə məlum olur ki, Yevanın işlədiyi pivə zavodundaki işini tərk etmə səbəbi müdirin arvadının onun müdiri ilə qeyri-qanuni əlaqəsindən xəbər tutması olmuşdur. Eddison Yevanı təhqir etməyinə baxmayaraq eyni zamanda ona vurulub və karyerasının yüksəlişinə kömək edir.
Brodveyin ulduzu olan Yevaya roluna görə mükafat verilir. Evə gəldikdən sonra o, evinə gizlicə girmiş cavan pərəstişkarını aşkar edir və hər şey yenidən təkrarlanmağa hazırdır.
Meri Orrun "Yevanın müdrikliyi" hekayəsi "Teatr səhnəsində Qarbo" adlandırılan avstriyalı aktrisa Elizabet Berqnerin başına gəlmiş real hadisəyə əsaslanır. Hekayə 1946-ci ildə Cosmopolitan jurnalında dərc olunmuşdur. Daha sonra Orr onun əsasında Cozef Leo Mankeviçin diqqətini çəkən radiopyes yazmışdır. Filmin ilkin adı olan "Yevanın müdrüklüyü" bir necə dəfə dəyişmişdir. Əvvəlcə "Yeva Xarrinqton", sonra "Ən yaxşı rol" (Best Performance) sonda isə "Yeva haqqında hər şey" variantı tapılmışdır.
Filmin prodüseri baş rolda Marlen Ditrixi görmək istəsə də, Mankeviç Klodett Kolberin namizədliyində israr edirdi. Filmin çəkilişlərinə iki həftə qalmış Kolber baş vermiş bədbəxt hadisəyə görə roldan imtina etməli olmuşdur. Nəticədə Marqo Cenninq rolu Bett Deyvisə qismət olmuşdur.