Yevgeni Morqunov

Yevgeni Morqunov
rus. Евгений Моргунов
Doğum adı Yevgeni Aleksandroviç Morqunov
Doğum tarixi
Doğum yeri Moskva, SSRİ
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri Moskva, RSFSR, SSRİ
Vəfat səbəbi insult
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİRusiya Rusiya
Atası Aleksandr Semyonoviç Morqunov
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1944-1998
Təhsili
Mükafatları "RSFSR əməkdar artisti" fəxri adı
IMDb ID0605201
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yevgeni Aleksandroviç Morqunov (rus. Евгений Александрович Моргунов; d. 27 aprel 1927-ci il, Moskva, RSFSR — v. 25 iyun 1999-cu il, Moskva, RSFSR) — SovetRusiya aktyoru və kinorejissoru, RSFSR-in əməkdar artisti (1978). Daha çox Leonid Qaydayın öz komediyalarında yaratdığı Qorxaq-Axmaq-Çoxbilmiş üçlüyündən Çoxbilmiş rolunun ifaçısı kimi tanınmışdır.[1]

Yevgeni Aleksandroviç Morqunov 27 aprel 1927-ci ildə Moskvada anadan olmuşdur. Uşaqlığı ağır keçmişdir. 14 yaşından "Frezer" zavodunda çalışmağa başlamışdır. 1943-cü ildə yeniyetmə Morqunov Stalinə məktub yazır və ondan teatr məktəbinə qəbul olunmasını xahiş edir. Məktubun cavabı müsbət olur və Morqunov həqiqətən Tairov adına teatr məktəbinə qəbul olur. Düz bir il orada təhsil alandan sonra ÜDKİ-yə gedir və Sergey Gerasimovun aktyor kursuna daxil olur. 1948-ci ildə oranı bitirir və 1948-1951-ci illərdə "Kinoaktyor teatr-studiyası"nda çalışır. Sonradan 2 illik oradan çıxsa da, yenidən qayıtmalı olur.

İlk aktyor işi Morqunovu hər kəsə tanıtdı. 1948-ci ildə çəkilmiş "Gənc qvardiya" filmində çəkilən Morqunov ictimaiyyət tərəfindən yaxşı qarşılanır.[2] Filmin rejissoru Sergey Gerasimov idi.

Ötən əsrin 50-ci illərində də bir çox müxtəlif filmlərdə rol alan Morqunovu geniş xalq kütləsi Çoxbilmiş obrazı ilə tanıdı və sevdi. Bu surət rejissor Leonid Qaydayın "Araq çəkənlər", "Köpək Barbos və qeyri-adi qaçış", ""I" əməliyyatı və Şurikin başqa macəraları" və "Qafqaz əsiri" filmlərinin obrazı idi.

Yevgeni Morqunov özünü rejissor kimi də sınamışdı. O, 1963-cü ildə Mixail Şoloxovun əsəri əsasında "Kazaklar ağlayanda" ekran nümunəsini yaratmışdır.

"Qafqaz əsiri" filminin çəkilişləri zamanı Y. Morqunov və L. Qayday arasında münaqişə baş vermişdi [3]. Səbəb aktyorun özünü, öz ciddiliyi ilə seçilən rejissora qarşı olduqca sərbəst aparması idi. Bu fakt Yevgeni Morqunovun gələcək karyerasına olduqca ciddi təsir edir. 1970-1980-ci illər ərzində aktyor demək olar ki, kinoda çəkilmir. Çəkilsə belə, bu – epizodik rollar olur...

Aktyor uzun illər şəkərli diabetdən əziyyət çəkməsinə baxmayaraq, alkoqolu bir kənara qoymur. Və bu Morqunova 2 infarkt, eləcə də insult gətirir. Beləcə, Yevgeni Morqunov 25 iyun 1999-cu ildə vəfat edir.

İl Azərbaycanca adı Orijinal adı Rol
1944 Müharibədən sonra axşam saat 6-da rus. В 6 часов вечера после войны artilleriyaçı
1944 Gündüzlər və gecələr rus. Дни и ночи əsgər
1944 217 saylı insan rus. Человек № 217 204 saylı məhbus
1945 Bu Donbassda baş verib rus. Это было в Донбассе gizli siyasi iş aparan
1948 Gənc qvardiya rus. Молодая гвардия Staxoviç
1949 Onların Vətəni var rus. У них есть Родина komendant
1950 Don şaxtaçıları rus. Донецкие шахтёры Qorovoyun oğlu
1950 Məhkumların sui-qəsdi rus. Заговор обречённых hərbçi
1950 Gizli tapşırıq rus. Секретная миссия Amerika əsgəri
1950 Cəsarətli insanlar rus. Смелые люди Hofman
1951 Unudulmaz 1919-cu il rus. Незабываемый 1919 год anarxiyaçı dənizçi
1953 Düşmənləri havaya sovur rus. Вихри враждебные anarxiyaçı
1954 "Pəhləvan" Martoya gedir ukr. «Богатир» іде в «Марто» Hemfri
1954 Gəmi komandiri ukr. Командир корабля Maxotin
1955 Ana rus. Мать jandarm
1955 Meksikalı rus. Мексиканец Maykl
1955 Otello rus. Отелло epizod
1956 Pavel Korçagin rus. Павел Корчагин epizod
1956 İlk sevinclər rus. Первые радости sanitar
1956 Şair rus. Поэт poeziya axşamındakı tamaşaçı
1957 Parla, mənim şəfəqim rus. Гори, моя зоре Krutikov
1957 Trubaçyovun dəstəsi döyüşür rus. Отряд Трубачёва сражается alman denşiki
1957 Tufanla doğulanlar ukr. Народжені бурею Kobılski
1957 Keçmişin səhifələri rus. Страницы былого jandarm
1958 Əsgərlər keçdi... rus. Шли солдаты… generalın yavəri
1959 Bəyaz gecələr rus. Белые ночи keşikçi
1959 Vasili Surikov rus. Василий Суриков komendant
1959 İnsanın taleyi rus. Судьба человека kök alman əsgəri
1960 Yevgeniya Qrande rus. Евгения Гранде çəlləkçi
1960 Dirilmə rus. Воскресение epizod
1961 Al yelkənlər rus. Алые паруса onbaşı
1961 İki həyatı rus. Две жизни Krasavin
1961 Balaca utanmaz rus. Нахалёнок epizod
1961 Köpək Barbos və qeyri-adi qaçış rus. Пёс Барбос и необычный кросс Çoxbilmiş
1961 Araq çəkənlər rus. Самогонщики Çoxbilmiş
1961 Heç yerdən olmayan adam rus. Человек ниоткуда aşpaz
1963 Sırıqlı yollar rus. Стёжки-дорожки milis patrulu
1964 Görüşənədək, uşaqlar! rus. До свидания, мальчики! uşaqlı adam
1964 İtirilmiş vaxt haqqında nağıl rus. Сказка о потерянном времени "Moskviç"in sahibi
1964 İstəyirsizin inanın, istəmirsiniz yox... rus. Хотите — верьте, хотите — нет… restorandakı həmsöhbət
1965 Şikayət kitabını verin rus. Дайте жалобную книгу geyim mağazasının direktoru
1965 "I" əməliyyatı və Şurikin başqa macəraları rus. Операция "Ы" и другие приключения Шурика Çoxbilmiş
1966 Üç gombul rus. Три толстяка gombul
1966 Qafqaz əsiri və ya Şurikin yeni macəraları rus. Кавказская пленница, или Новые приключения Шурика Çoxbilmiş
1967 Dəniz hekayələri rus. Морские рассказы müğənni
1968 Yeddi qoca və bir qız rus. Семь стариков и одна девушка Çoxbilmiş
1969 Qaçırılma rus. Похищение Morqunov
1969 Köhnə tanış rus. Старый знакомый kapitan
1972 İlf və Petrov tramvayda gediblər rus. Ехали в трамвае Ильф и Петров oğru
1975 Sirkdə sirk çex. Cirkus v cirkuse
rus. Соло для слона с оркестром
Kolya
1976 Şən yuxugörmə və ya gülüş və göz yaşları rus. Весёлое сновидение, или Смех и слёзы Tuz Pik
1976 Sehrli fonar rus. Волшебный фонарь şerif, polismen, qonşu, sərhədçi
1977 Risk alicənab işdir rus. Риск — благородное дело kameo
1979 Necə istəsən, elə də başa düş rus. Бабушки надвое сказали… mehmanxana restoranındakı aşpaz
1980 Çoxdan keçmiş günlərin komediyası rus. Комедия давно минувших дней Çoxbilmiş
1982 Gözləmirdik, güman etmirdik! rus. Не ждали, не гадали! qonşu
1982 Pokrov darvazası rus. Покровские ворота şair Soyev
1982 Sadəcə dəhşət rus. Просто ужас keçinin sahibi
1986 Sosnovkada premyera rus. Премьера в Сосновке vilayət teatrının rejissoru
1986 Yaxşı oturmuşuq! rus. Хорошо сидим! futbol hakimi
1987 Başqa hökmlərdən daha güclü rus. Сильнее всех иных велений Qolisının qayınatası
1990 Superment rus. Супермент
1991 Bataqlıq street və ya seks əleyhinə vasitə rus. Болотная street, или Средство против секса mənzil sahibi
1991 Hərəkət elə, Manya! rus. Действуй, Маня! kinorejissor
1992 Arvadbaz 2 rus. Бабник 2 ekstrasens
1992 Tabutda atəş ukr. Постріл у труні polkovnik / Kovbasyuk
1992 Cənab artistlər ukr. Панове артисти
rus. Господа артисты
memar
1992 Yeni Odeon rus. Новый Одеон Bloxin
1993 İgid oğlanlar ukr. Браві хлопці mayor İvan Karas
1993 Ailəmin xəzinəsi rus. Сокровище моей семьи
1994 Yəqin vals oynayanlardır rus. Вальсирующие наверняка
1995 Bulvarda sevgi macərası rus. Бульварный роман qubernator
1998 Cənnət alması rus. Райское яблочко Vsevolod İvanoviç Tyubikov
İl Azərbaycanca adı Orijinal adı Filmdə iştirakı Filmin növü
1963 Kazaklar ağlayanda rus. Когда казаки плачут rejissor Qısametrajlı bədii film
  1. "«Я человек скромный, несмотря на свою порядочность»". 2013-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-12.
  2. Pervıy kanal. "Вспоминаем Евгения Моргунова" (rus). Youtube.com. 27.04.2018. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-27.
  3. "МОРГУНОВ Евгений Александрович". 2009-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-22.

.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]