Yevxaristiya

Məryəm yevxaristiyalı piyalə önündə

Yevxaristiya (yunan dilindən şükür) - həmçinin Rəbbin Süfrəsi kimi bilinən bu ayin xristianlıqda ən mühüm müqəddəs mərasimlərdən biridir. Katolik, pravoslavanqlikan kilsələrində İsa Məsihin inananlarla birlikdə olmağını və inananların Onun qurbanında iştirakını ifadə edir. Təqdis edilmiş çörək və şərab bu ayində İsanın bədəni və qanının rəmzləri olaraq inananlara paylanır. Əhdi-Cədidə görə həmin ayin sonuncu şam yeməyində təsis edilmişdir. Foma Akvinalı və xüsusilə katolik kilsəsinə mənsub olan digər ilahiyyatçılara görə, yevxarastiyada möcüzəvi bir surətdə çörək İsanın bədəninə, şərab isə qanına çevrilir, lakin bu fikir xristianların əksəriyyəti tərəfindən qəbul olunmur. Həvari Pavel Korinflilərə 1-ci Məktubda (11:23-25) yazdığı kimi, İsa ələ verildiyi gecə çörək götürdü və şükür edib, onu parçaladı və dedi: "Alın, yeyin. Bu, Mənim sizin üçün qırılan bədənimdir; bunu Məni anmaq üçün edin". Eləcə də, axşam yeməyindən sonra kasanı götürüb dedi: "Bu kasa Mənim qanımla gerçəklənən Əhdi-Cədiddir; bunu, içdiyiniz hər zaman, Məni anmaq üçün edin".

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]