Yoahim Frank | |
---|---|
Doğum tarixi | 12 sentyabr 1940[1] (84 yaş) |
Doğum yeri | |
Elm sahəsi | biokimyaçı[d] |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Yoahim Frank (alm. Joachim Frank; 12 sentyabr 1940[1], Ziqen[2]) — alman və amerikalı biokimyaçıdır. Krioelektron mikroskopiyanın banisi hesab olunur. 2017-ci il üçün kimya üzrə Nobel mükafatı laureatıdır.[3]
Frayburq Universitetini (1963), Münhen Lüdviq Maksimilian Universitetində qızılın ərimə temperaturunda təkrar elektron emissiyasının tədqiqi üzrə diplom işini bitirmişdir (1967). O, rekonstruksiya üsullarından istifadə edərək, rezolyusiyada görüntü fərqi və yüksək ayırdetmə qabiliyyətinə malik elektron mikroskop təsvirlərini tədqiq etmişdir (1970). Doktoranturadan sonra tədqiqatçı kimi Kaltexdə, Kaliforniya Universitetində, Berkli və Kornell Universitetində çalışmışdır. 1972-ci ildən Y. Frank Maks Plank adına Biokimya İnstitutunda elmi işçidir. 1973-cü ildən Kembric Universitetində, 1994-cü ildən Haydelberqdə tədqiqat qrupunun rəhbəridir. 2003-cü ildən Kolumbiya Universitetində dərs deyir, 2008-ci ildən biokimya, molekulyar biofizika və biologiya elmləri üzrə professordur.[4]
Evlidir və iki övladı var.
2006-cı ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü
2006-cı ildə ABŞ Milli Elmlər Akademiyasının üzvü[5]
2014-cü ildə Benjamin Franklin medalı
2017-ci ildə Kimya üzrə Nobel Mükafatı
2017-ci ildə Uayli Mükafatı