York yarımadası | |
---|---|
Yerləşməsi | |
34°21′ c. e. 137°37′ ş. u.HGYO | |
Akvatoriya | Hind okeanı |
Ölkə | Avstraliya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
York yarımadası (ing. Yorke Peninsula) — Avstraliyanın cənubunda yerləşən yarımada. Ölkənin ayrıca bir regionu. Spenser və Sent Vinset körfəzləri arasında yerləşir.
York yarımadası Cənubi Avstraliya ştatının ərazisində yerləşir. Adelaida şəhərindən 150 km aralıda qərarlaşır. Səmadan çəkməni xatırladır. Bu baxımdan Apennin yarımadasına bənzəyir. Qərbdən Spenser körfəzi, şərqdən isə Sent Vinset körfəzi ilə əhatələnir. Müvafiq olaraq Eyr və Fleurieu yarımadalarından ayrılır. Yarımada Kenquru adasından İnvestiqeytor boğazı ilə ayrılır.
Yarımadanın şimaldan cənuba uzunluğu 240 km, eni 48 km, sahəsi 4200 km², sahil xətdinin uzunluğu 563 km-dir. Ən hündür nöqtəsi 244 metrdir. Daimi axarlara sahib deyildir. Yayda maksimal temperatur 40 °C, qışda isə minimal temperatur 4 °C[1]-dir.
Yarımadanın cənub-qərbində İnns Milli Parkı yerləşir.
Əsas liman şəhəri Ardrossandır. d Digər sahil şəhərləri isə istirahət mərkəzləridir. 2006-cı ildə olan məlumata görə, York sovetliyində 11 190 nəfər yaşayır. Bunların 328-i avstraliya aborigenidir. Əsas dil ingilis dili (10 653 nəf.), ikinci dil isə holland dilidir. (22 nəf.)[2].
Yarımadada kənd təsərrüfatı inkişaf etmişdir. Sahil şəhərlərin hamısında gəmilərin yan alması üçün yerlər vardır.