Yorqo Aloqoskufis | |
---|---|
yun. Γεώργιος Αλογοσκούφης | |
| |
Yunanıstan parlamentinin deputatı[d] | |
1996 – 2009 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 oktyabr 1955[1] (69 yaş) |
Doğum yeri | Afina, Yunanıstan |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, iqtisadçı, universitet müəllimi[d] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | iqtisadiyyat[2], makroiqtisadiyyat[2] |
alogoskoufis.gr | |
Vikianbarda əlaqəli mediafayllar |
Yorqo Aloqoskufis (yun. Γιώργος Αλογοσκούφης; 17 oktyabr 1955[1], Afina) 1990-cı ildən Afina İqtisadiyyat və Biznes Universitetində fəaliyyət göstərən iqtisadiyyat professorudur. O, 1996-cı ildən 2009-cu ilin oktyabr ayınadək Yunanıstan parlamentinin üzvü olmuş və 2004-cü ilin mart ayından 2009-cu ilin yanvar ayınadək Yunanıstanın iqtisadiyyat və maliyyə naziri vəzifəsində işləmişdir.
Yorqo Aloqoskufis 17 oktyabr 1955-ci ildə Afinada anadan olmuşdur.[3]
Aloqoskufisin iqtisadiyyat və maliyyə naziri olduğu müddətdə çox populyar olmasa da, Yunanıstanın 2004-cü ildəki yüksək defisitini azaltmağa müvəffəq olan büdcə kəsirlərinə nəzarət etmək üçün bir sıra iqtisadi struktur islahatları və fiskal düzəlişlər həyata keçirmişdir. Eyni dövrdə Yunanıstanın ümumi daxili məhsul həcmi Avrozonada ən yüksək artım templərindən birində artmışdır. İşsizlik səviyyəsi də xeyli miqarda azalmışdır.[4][5][6]
2004-2007-ci illər ərzində korporativlərin və fiziki şəxslərin gəlir vergiləri azaldılmışdır.[7] O, özəl sektorla geniş bir formada işləmiş[8] və 6 milyard avrodan çox dövlət aktivini satmışdır.[9]
Lakin aparmış olduğu bu islahatlar 2010-cu ildə baş vermiş Yunanıstanın xarici borc böhranının qarşısını almaq üçün kifayət etməmişdir.