Yoruba dili | |
---|---|
Orijinal adı | èdèe Yorùbá |
Ölkələr |
Nigeriya Toqo Benin |
Danışanların ümumi sayı | 19.4 milyon |
Təsnifatı | |
Kateqoriya | Afrika dilləri |
Yazı | latın əlifbası |
Dil kodları | |
QOST 7.75–97 | йор 245 |
ISO 639-1 | yo |
ISO 639-2 | yor |
ISO 639-3 | yor |
Dilin strukturlarının dünya atlası | yor |
Ethnologue | yor |
ABS ASCL | 9212 |
IETF | yo |
Glottolog | yoru1245 |
Bu dildə olan Vikipediya | |
Vikianbarda əlaqəli mediafayllar |
Yoruba dili (brit. /ˈjɒrʊbə/,[1] amer. /ˈjɔːrəbə/,[2] Èdè Yorùbá, Ajami: عِدعِ يوْرُبا) – Qərbi Afrikada, əsasən Cənub-Qərbi və Mərkəzi Nigeriyada danışılan dil.
Yoruba dili (yerli adı èdè Yorùbá, 'Yorùbá dili') Niger-konqolez dillərindən biridir ki, təxminən 20 milyon nəfər tərəfindən Qərbi Afrikada danışılır. Yoruba xalqının çoxu Yoruba dilində danışır. Yoruba dili İgala dili ilə çox bənzərlik göstərir. Bu dillər Yoruboid dili qrupuna aiddir. Forde (1951)və Westermann ilə Bryan (1952) İgala dilini Yoruba dilinə bir ləhcə kimi götürmüşdür. Yoruba dili Erdekir dillərinə aid olsa da bir-biri ilə çox yaxın olduğundan İgala ilə bu qədər bənzərlik göstərir. Ancaq ayrı-ayrı dillərdir.[3]
Yoruba dilinin 3 əsas ləhcəsi var:
Ədəbi Yoruba dili əsasən radio, televizorlarda spikerlər tərəfindən danışılan və məktəblərdə öyrədilən dil qəbul edilir. Bu dilin əsas iki qaynağı Oyos və Eqbas'ın şimalqərbi Yoruba dilidir. İlk anqlikan yepiskop Crowther öz kitabında xalqı Yoruba adlandırdı və Yoruba dilinin qrammatikasını və yazılışını müəyyənləşdirdi. Bundan başqa digər xristian misyanerlərdə Eqbasda olmuş və burada Yoruba dilinə töhfələr vermişlər. Fagborun'da (1994) bize söylədiyinə görə , Adetugbọ (1967) o vaxt Oyo-Yoruba dilinin Abẹokuta ləhcəsinin yaradılmasında, morfologiya və fonetikasında Xristian rahiblər çalışıblar.[5]
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |