Yot (kor. 엿) - koreyalıların ənənəvi şirniyyatı. Yot bir az bərk, bəzən isə yumşaq olur. Yotu adətən suda bişmiş düyü, adi düyü, qarğıdalı, buğda məhsullarından bişirilir. Yota daxil olan məhsullar qaynadılır və "sot" (솥) adlanır[1] [2]. Yot uzun müddət qaynadılarsa, bu "cocxon" (조청) adlanır və sulu yot olur. Cocxondan fərqi ona xüsusi sousun əlavə edilməsidir[3]. Əgər lap çox qaynadılarsa, o zaman bu "keyot" (갱엿) adlanır. Keyot qaynadılaraq qəhvəyi rəng alır. Ancaq bir azda qaynadılarsa, rəngi açılır. Qızdırılmış tavaya lobya, qoz, küncüt, günəbaxan, yunan qozu və ya balqabaq qatılır[4].
Müasir dövrdə Koreya yotu (kor. 엿 먹어라) göbələklə hazırlanır. 1964-cü ildən bişirilir. Ətli yota ət əlavə olunur[10].