YouTube TV | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Ödənişli televiziya |
Sənaye | Amerika Birləşmiş Ştatları |
Məhsulu | OTT Texnologiyası |
Təsis tarixi | 28 fevral 2017 |
Baş qərargahın yeri | 901 Çeri-Avenyu, San-Mateo, Kaliforniya |
Struktur | |
Ana şirkət | Google (YouTube) |
tv.youtube.com | |
Vikianbarda əlaqəli mediafayllar |
YouTube TV — 70-dən çox onlayn televiziya kanalı təqdim edən xidmət. Google törəməsi YouTube şirkətinə məxsusdur. YouTube TV kanal siyahısına ABC, CBS, NBC, PBS, Fox, FX, AMC, CNN, Fox News, TBS, Discovery və ESPN kimi böyük ABŞ telekanalları da daxildir.[1][2]
YouTube TV 28 fevral 2017 tarixində fəaliyyətə başlamışdır.[3]
YouTube TV 2017-ci ilin aprel ayında ABŞ-nin beş əsas bazarında — Nyu-York, Los-Anceles, Çikaqo, Filadelfiya və San-Fransiskoda yayıma başlamış YouTube TV-də həmin şəbəkələrə, korporativ sahiblərinə və digər media şirkətlərinə məxsus kanalları yayımlamışdır.[3] Digər kanallara CNBC, MSNBC, Fox News, BBC World Service, Smithsonian Channel daxildir. YouTube TV üzvləri YouTube Premium orijinal filmlərinə və şoularına baxa bilər.[4]
7 may 2020-ci ildə Youtube TV, ViacomCBS ilə BET, CMT, Comedy Central, MTV, Nickelodeon, Paramount Network, TV Land, VH1 kanallarını, MTV2, Nik Junior, NickToons, TeenNick və MTV Classic kimi 14 Viacom kanalını əlavə etməyə imkan verəcək çoxillik bir razılaşma əldə etdi. Həmçinin yayıcının işə başlamasından bəri nəzərə çarpmayan, ViacomCBS şirkətinə məxsus mükafat abunə xidmətlərini, o cümlədən Showtime da, YouTube TV-də yaymaqda davam etdiyi öhdəlik media şirkətinin məzmununu daha geniş YouTube platformalarında yaymaq üçün tərəfdaşlıq da əldə edilmişdir.[5]