Youlnir

Youlnir adası
isl. Jólnir
Ümumi məlumatlar
Sahəsi 0,3 km²
Hündür nöqtəsi 70 m
Əhalisi 0 nəfər (1966-cı il)
Yerləşməsi
63°17′41″ şm. e. 20°37′58″ q. u.HGYO
Ölkə  İslandiya
Youlnir adası xəritədə
Youlnir adası
Youlnir adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Youlnir (isl. Jólnir) — 28 dekabr 1965-ci ildə[1] sualtı vulkan püskürməsi nəticəsində meydana çıxan İslandiya sahillərində qısa müddət ərzində mövcud olan ada. 1963-cü ildə sualtı püskürmələr nəticəsində meydana çıxan Surtsey adasından 0,9 km cənub-qərbdə yerləşirdi[2].

Youlnir kiçik bir ada olmuşdur. Sahəsi 0,3 km², ən yüksək nöqtəsi 70 m-ə çatırdı[2]. Artıq 6 yanvar 1966-cı ildə ada tədricən aşınmağa başlayır. Avqustun 10-da püskürmələr dayandıqdan sonra Youlnirin konus formalı zirvəsi 64 metrə qədər azalır. Sentyabrın sonunda Youlnir demək olar ki, tamamilə su altında qalır. Oktyabr ayının sonunda isə ada tamamilə yoxa çıxır.

Bənzər bir şey Surtseyin yaxınlığında yerləşən Sirtlinqurda baş verir. Bir çox cəhətdən Youlnirə bənzəyirdi və yalnız 1965-ci ilin oktyabrında mövcud olmuşdur[2][3].

  1. Thorarinsson, Sigurdur; Surtsey, Alemenna Bókafélagid, Rekyavik, Iceland, 1966.
  2. 1 2 3 "Surtsey - General information". 2007-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-14.
  3. "Surtsey, Iceland". 2012-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-11-04.