Yozef Mari Yaquard | |
---|---|
fr. Joseph Marie Jacquard | |
Doğum tarixi | |
Doğum yeri | Lion , Fransa |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Oullins, Fransa |
Milliyyəti | Fransız |
Fəaliyyəti | ixtiraçı, toxucu[d], tacir, mühəndis |
Vikianbarda əlaqəli mediafayllar |
Yozef Mari Yaquard (fr. Joseph Marie Jacquard) — Fransız ixtiraçı.
7 iyul 1752-ci ildə fransız ixtiraçı, proqramla idarə olunan toxucu dəzgahının (Jakkard maşını) müəllifi Jozef Mari Jakkard (Joseph Marie Jacquard) anadan olmuşdur. O, ilk dəfə informasiyanın daxil edilməsi yolu ilə idarə olunan maşının nümunəsini yaratmışdır. Napoleon Bonapart, Jakkarda hər işləyən dəzgaha görə 50 frank mükafat almaq hüququnu vermişdi. 1812-ci ildə artıq 18 min Jakkard dəzgahı istifadə edilirdi. 1840-cı ildə doğulduğu Lion şəhərində Jakkardın abidəsi ucaldılmışdır.
Yozef Mari gənc yaşlarından etibarən toxuçuluq ilə maraqlanmağa başlamışdır. 38 yaşı olarkən, üzərində uzun illərdir işlədiyi mexaniki toxucu dəzgahını tamamladı. Dövrünə görə olduqca mühüm bir ixtira olmasına baxmayaraq, Yozef Marinin bu kəşfi Böyük Fransa inqilabı ilə eyni vaxtda düşdüyündən bir o qədər də diqqəti cəlb etməmişdir.
Yozef Mari Yaquard 1801-ci ildə iştirak etdiyi Paris Sənaye Sərgisinə daha təkminləşdirilmiş mexaniki toxucu dəzgahı ilə qatıldı. Yozef Mari Yaquard 1804-cü ildə Napoleon Bonapart tərəfindən Paris şəhərinə dəvət olunmuşdur. Napoleon Bonapart Yozef Mariyə medal vermiş və ona aylıq maaşın bağlanması barədə göstəriş vermişdir.
Yozef Mari elmi fəaliyyətinin qalan hissəsini Conservatoire des Arts et Metiers işləyərək keçirmişdir. O, burada gələcəkdə özünün adına adlandırılacaq mexaniki toxucu dəzgahını daha da təkminləşdirmiş və ən əsası bəzi əlavələrlə dəzgahın iş rejimini sadələşdirmişdir. Jakar dəzgahları 1812-ci ildən etibarən sənayedə geniş istifadə olunmağa başlanılmışdır.
Bu ixtira toxuculuq sənayesində əsil inqilaba səbəb oldu və Yozef Mari Yaquard bu ixtirasına görə 1819-cu ildə Fəxri Legion ordeni ilə mükafatlandırıldı.