Yugoimport SDPR

Yugoimport SDPR
Ümumi məlumatlar
Tipi ictimai şirkət
Sənaye silah sənayesi[d]
Məhsulları odlu silah, silah
Təsis tarixi 1949
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi gəliri
  • 280.327.000 $ (2009)
Xalis mənfəəti
  • 22.132.000 (2009)
Əməliyyat mənfəəti
  • 32.312.000 $ (2009)
Struktur
İşçi sayı
  • 362 nəf. (2013)[1]
yugoimport.com

Yugoimport–SDPR (serb dilində: Југоимпорт–СДПР, rom: Jugoimport–SDPR) Serbiyaada dövlətə məxsus silah istehsalçısı, eləcə də müdafiə ilə bağlı avadanlıqların idxalı və ixracı üzrə vasitəçi şirkətdir. Şirkətin baş ofisi Belqradda, istehsal müəssisələri isə Velika Plana, Kuršumlija, Uzići və Pančevo şəhərlərində yerləşir.

Şirkət 1949-cu ildə Yuqoslaviyanın Baş Naziri İosip Broz Titonun fərmanı ilə yaradılmış və əsas məqsədi yerli hərbi sənayenin ehtiyacları üçün ehtiyat hissələr və xammal idxal etmək idi. Zaman keçdikcə yerli istehsal daxili bazarın tələbatını üstələmiş və bundan sonra da, Yugoimport xarici bazarlara yönəlməyə başlamışdır. Yugoimport 1953-cü ildən silah ixracına başlamışdır. 1974-cü ildə qəbul edilmiş olan dövlət qərarı ilə silahların idxalı və ixracı ilə bağlı işlər Yugoimportun da iştirak etdiyi yeni yaradılmış Satınalmalar üzrə Federal İdarə (Savezni direktorat za nabavke) çərçivəsində mərkəzləşdirilmişdir.

Bir neçə yenidənqurma prosesindən sonra Yugoimport-SDPR tam dövlət şirkətinə çevrilmişdir. Şirkət öz tarixi ərzində silah, avadanlıq və texnologiya ticarəti vasitəsilə təqribən 22 milyard dollarlıq biznes balansı yaratmışdır.

Silahların idxalı və ixracı

[redaktə | mənbəni redaktə et]

Şirkət müdafiə avadanlığının idxalı və ixracı, eləcə də texnologiya transferləri sahəsində Serbiya hökumətini və Serbiya hərbi-sənaye kompleksinin nümayəndəsi olan yeganə vasitəçi şirkətdir (məsələn, M-87 Oganj RYAS üçün İraq, qumbaraatanlar üçün Azərbaycan, kiçik çaplı döyüş sursatları üçün Hindistan və Əlcəzair kimi xarici müştərilərə istehsal lisenziyaları satılması).[2][3][4]

Yugoimport, Səddam Hüseyn rejimi dövründə İraq üçün hava limanları, xəstəxanalar, komanda məntəqələri daxil olmaqla dünyanın bir çox ölkəsində bir çox hərbi və mülki obyektlər tikmişdir.[5][6]

Şirkət mühəndislik işlərini PMC InženjeringAtera plus törəmə şirkətləri vasitəsilə həyata keçirdir.

  1. Подаци о обвезнику.
  2. "Arxivlənmiş surət". 2018-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-01.
  3. "Bombs away". The Economist. 6 January 2011. 29 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2024.
  4. "Defence Reliance, Serbia's Yugoimport, to join forces on ammo production in India". SeeNews. 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-01.
  5. "Yugoimport-SDPR/Engineering". www.yugoimport.co.rs. 2010-04-24 tarixində orijinalından arxivləşdirilib.
  6. "Iraq's Bunker Busters". Time Magazine. 26 May 2003. October 23, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 August 2013.