Yukka | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Yukka |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Yukka (lat. Yucca) — qulançarkimilər fəsiləsinə aid bitki cinsi.
Yukka bitkisinin üzərində böyük yarpaqlardan ibarət xonça forması, onun da mərkəzində krem rəngli çiçəkləri olan bir sap yerləşir. Avizə ağacının xüsusiyyəti tozcuqlarının maili olmasıdır. Buna görə bitkinin erkəkciklərindəki çiçək tozunu ancaq maili ağız quruluşuna malik güvə növü toplaya bilir.
Yukka ağacının güvəsi topladığı çiçək tozlarını bir-birinə sıxıb top formasına salır və bunu başqa yukka ağacının çiçəyinə daşıyır. Əvvəlcə çiçəyin dibinə enir və öz yumurtalarını qoyur. Sonra dişiciyə çıxır və çiçək tozu topunu buraya vuraraq tozcuqları tökdürür. Çünki bir müddət sonra yumurtalardan güvə tırtılları çıxacaq və bu tozcuqları qidalanacaqlar. Ancaq bununla bərabər güvə əvvəlki bitkidən topladığı çiçək tozu topunu yeni bitkinin dişiciyinə vuraraq bitkinin də mayalanmasına kömək edir. Əgər güvələr olmasa, avize ağacları öz-özlərini mayalandıra bilməzlər.
Yukka:The Plant List saytında takson barədə məlumat. (ing.)