Yunus xan

Yunus xan
1468 – 1487
ƏvvəlkiDostməhəmməd xan
SonrakıI Sultan Mahmud xan
Şəxsi məlumatlar
Doğum tarixi 1415 və ya ən geci 1417
Doğum yeri
Vəfat tarixi 1487
Vəfat yeri
Atası Sultan Üveys xan
Uşaqları oğlanları:
I Sultan Mahmud xan, I Sultan Əhməd xan
Ailəsi Çingizlilər, Cığataylılar
Dini islam

Yunus xan (Uyğurca: يونس خان); 1415 və ya ən geci 1417, Moğolustan1487, Daşkənd) — Moğolustan hakimi, Sultan Üveys xanın oğlu.

Yunus xan Sultan Üveys xan oğlu 1415-ci ildə anadan olmuşdu. Əmirlərdən Mirək Türkman və İrazan Barin 30 000 moğolla birlikdə Səmərqəndə Əmir Uluqbəyin yanına aparmışdı. Əmir Uluqbəyin əmri ilə bu moğolların bir qismi qırılmış, bir qismi qula çevrilmişdi. Yunus oğlan Herata, Uluqbəyin atası Şahruxun yanına göndərilmişdi. O, 12 il Şahruxun yanında, əvvəlcə Heratda, sonra Şirazda mükəmməl təhsil almışdı.

Təxminən 1456-cı ildə Teymurlu hökmdarı Sultan Əbu Səid mirzə onu Əsən Buğa xanın üzərinə göndərdi. Nəticədə Yunus xan bütün Qərbi Moğolustana yiyələnmişdi. Yunus xanın paytaxtı öncə Qaşqar, sonra Yeddikənd olmuşdu.

Yunus xan 1468-ci ildə Dostməhəmməd xanın vəfatından sonra bütün Moğolustanın baş hökmdarı qəbul olunmuşdu. 1485-ci ildə Daşkəndi oyratların əlindən almışdı.

Yunus xan 1487-ci ildə iflicdən vəfat etdi.

  • Акимушкин О. Ф. Средневековый Иран: Культура, история, филология. — СПб.: Санкт-Петербург "Наука", 2004. — С. 257–264. — 403 с. — (Восток: Общество, культура, религия). — 1200 экз. — ISBN 5-02-027059-8.
  • Мухаммад Хайдар Дуглат. Тарихи Рашиди.
  • Султанов Т. И. Чингиз-хан и Чингизиды. Судьба и власть. — М.: АС:АСТ МОСКВА, 2006. — 445 с. — (Историческая библиотека). — 5000 экз. — ISBN 5–17-0358040.
  • Шах Махмуд ибн мирза Фазил Чурас. Хроника. М. Наука. 1976.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]