Yuri Averbax

Yuri Averbax
rus. Юрий Львович Авербах
Ölkə
Doğum tarixi 8 fevral 1922(1922-02-08)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 7 may 2022(2022-05-07)[4] (100 yaşında)
Vəfat yeri
Dəfn yeri
Titulu
Son reytinqi
  • 2.445 (mart 2021)[7]
FİDE nömrəsi 4101529
Mükafatları "Şərəf" ordeni "Xalqlar dostluğu" ordeni “Əmək igidliyinə görə” medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
SSRİ əməkdar idman ustası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yuri Lvoviç Averbax (rus. Ю́рий Льво́вич Аверба́х; 8 fevral 1922[2][3][…], Kaluqa[5][6][…]7 may 2022[4], Moskva) — SSRİ şahmatçısı, Rusiya və beynəlxalq şahmat hərəkatının lideri; beynəlxalq qrosmeyster (1952), şahmat kompozitoru, şahmat (1969) və şahmat kompozisiyası (1956) üzrə beynəlxalq, SSRİ-nin əməkdar idman ustası (1965). SSRİ çempionu (1954). SSRİ Şahmat Federasiyasının sədri (1972–1977).

"Şaxmatı v Rossii" jurnalının baş redaktoru (1962-ci ildən keçmiş adı "Şaxmatı v SSSR") olmuşdur. 1954-cü ildə SSRİ çempionu olmuşdur. Moskva (1962), Rio-de-Janeyro (1965), Polanitsa-Zdroj (Polşa, 1975) daxil olmaqla bir sıra iri beynəlxalq turnirlərin qalibi olmuşdur. Şahmat sonluğu fundamental çoxcildlik nəzəri əsərinin müəlliflərindən biri (1956-58) olmuşdur. Xüsusilə onun uşaqlar üçün yazdığı əsərləri (həmmüəllifi), "Şahmatın əlifbası" (1967) və "Şahmat krallığına səyahət" (2-ci nəşr, 1976), eləcə də "Şahmat həqiqətinin axtarışında" (2-ci nəşr, 1998) avtobioqrafik xatirələri ilə tanınır.[8]

Əlavə ədəbiyyat

[redaktə | vikimətni redaktə et]
  • Шахматы: энциклопедический словарь / гл. ред. А. Е. Карпов. — М.: Советская энциклопедия, 1990. — С. 7–8. — 621 с. — 100 000 экз. — ISBN 5-85270-005-3.