Yuri Brezan | |
---|---|
y.sorb Jurij Brězan | |
Təxəllüsü | Dušan Šwik |
Doğum tarixi | 9 iyun 1916[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 12 mart 2006[1][2][…] (89 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | 1 |
Fəaliyyəti | jurnalist, tərcüməçi, yazıçı, şair, dramaturq |
Əsərlərinin dili | Yuxarı sorb dili[4], alman dili[4] |
Üzvlüyü | |
Mükafatları | |
jurijbrezan.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Yuri Brezan (y.sorb Jurij Brězan; 9 iyun 1916[1][2][…], Rekkelvits[d][3] – 12 mart 2006[1][2][…], Kaments[d], Saksoniya[3]) — Yuxarı sorb və alman yazıçısı, şair, tərcüməçi, dramaturqu və jurnalisti.
Yuri Brezan 1916-cı ildə anadan olub. O, Yuxarı Sorb mədəniyyətinin mərkəzi sayılan Bautzen şəhərindəki məktəbdə oxuyub. Nasistlər hakimiyyətə gəldikdən sonra o, gizli şəkildə Sorbların "Domowina" təşkilatında çalışmış və sorbialılar ilə arasında müqavimət hərəkatının fəal iştirakçısı olmuşdur. 1937-1938-ci illərdə Praqaya mühacirət edib. Qayıdandan sonra 1938-1939-cu illərdə həbs olunur. 1942-1944-cü illərdə Vermaxt əsgəri olub və Amerika qoşunları tərəfindən əsir götürülüb. 1945-1948-ci illərdə Domovinada gənclərin nümayəndəsi işləyib. 1949-cu ildən əsas fəaliyyəti yazıçı olmağı seçib. [5]
Yuri Brezan 30-a yaxın dilə tərcümə olunan romanları sayəsində 20-ci əsrin görkəmli Sorb yazıçısı oldu. Feliks Hanuş haqqında trilogiya (1958-1964) - sorbiyalı kəndli oğlan haqqında sosial roman hansı ki, ADR-də sosialist realizminin nümunəsi kimi nəzərdən keçirilirdi. Müəllifin bayağı yaradıcı üsullardan istifadə etməkdən çəkinmədiyi məşhur “Qoca ata” (1982) qısa romanında insanın özü üçün seçdiyi ölümünün ləyaqətindən danışılırdı. Brezanın əsərlərində Sorb folklorundan çoxlu elementlər var. Belə ki, sehrbaz Krabat obrazı əsasında Brezan geniş fəlsəfi “Krabat” dastanını yaratdı (birinci hissəsi 1976-cı ildə nəşr olundu), burada Sorb xalq əfsanələri fonunda müasir tərəqqi haqqında hekayə yerləşdirdi. Krabatın mistik obrazının köməyi ilə o, etik və əxlaqi sərhədləri bilməyən təbiətşünasların daxili qorxularını açmağa çalışıb. Ədəbi karyerası ərzində Yuri Brezan ADR-də bir çox mükafatlar alıb. 1969-1989-cu illərdə Yuri Brezan ADR Yazıçılar İttifaqının sədr müavini olub.[6]