Yuri Tilemans | ||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
nid. Youri Tielemans | ||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||
Tam adı | Yuri Tilemans | |||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Sint-Piters-Lyu, Belçika | |||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||
Boyu | 176 | |||||||||||||||||||||||||||||||||
Çəkisi | 72 kq | |||||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||
Klub | Monako | |||||||||||||||||||||||||||||||||
Nömrəsi | 17 | |||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Yuri Tilemans (7 may 1997[1][2]) — Liqa 1 təmsilçilərindən olan Lester Siti klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur.
Tilemans dünya futbolunda ən parlaq gənc perspektivlərdən biri sayılır.[3] O, Anderlext klubu ilə ümumilikdə 135 liqa görüşünə çıxmışdır. UEFA Çempionlar Liqasında 16 yaş və 148 günlüyündə debüt edən Tilemans bu turnirdə çıxış edən ən gənc Belçikalı futbolçu kimi tarixə düşmüşdür.
Tilemans Belçikanın bir neçə gənclər millisində mübarizə aparmışdır. 2016-cı ilin noyabr ayında 19 yaşı olarkən əsas komanda ilə debüt etmişdir.
Tilemans Brüssel regionundan kənarda yerləşən Sint-Piters-Lyu şəhərində anadan olmuşdur. Tilemans karyerasına Anderlext klubunun akademiyasında başlamışdır. 16 yaşı olarkən klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.[4]
Tilemans ilk dəfə əsas heyətə 21 iyul 2013-cü ildə 2013 Belçika Superkuboku görüşündə Genk klubuna qarşı oyunda çağırılmışdır, lakin o, meydana daxil olmamış və ehtiyatda qalmışdır. Tilemans əsas komanda ilə debütünü bir həftə sonra Belçika Yupiler Liqasının açılış görüşündə Lokeren klubuna qarşı oyunda etmişdir. O, görüşün sonuna 25 dəqiqə qalmış Saça Klyestanı əvəz etmiş və komandası 3–2 hesabı ilə məğlub olmuşdur.[5] O, liqa tarixində ən gənc dördüncü futbolçu olmuşdur.
Tilemans UEFA Çempionlar Liqasında debütünü 2 oktyabrda 16 yaş və 148 günlüyündə Olimpiakos klubuna qarşı oyunda etmişdir. O, turnirdə meydana çıxan ən gənc belçikalı futbolçu kimi tarixə düşmüşdür.[6] O, Anderlextin çempion olduğu mövsümdə 21-i start heyətdə olmaqla ümumilikdə 29 oyuna çıxmışdır. O, peşəkar karyerasında ilk qolunu 6 aprel 2014-cü ildə Konstant Vanden Stok stadionunda Brügge klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə o, Kiriaka qol ötürməsi də vermiş və komandası 3–0 hesabı ilə qalib gəlmişdir.[7] Tilemans ilk iki mövsümdə Belçika İlin Ən Yaxşı Gənc futbolçusu mükafatına layiq görülmüşdür.[8]
24 may 2017-ci ildə Tilemans Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə 25 milyon avro qarşılığında beş illik müqavilə imzalamışdır.[9]
Tilemans 2015-ci ilin iyun ayında UEFA Avro 2016 təsnifat mərhələsində Uels millisi ilə oyun üçün Belçika millisinə çağırılmışdır.[10] O, əsas komanda ilə debütünü 9 noyabr 2016-cı ildə Niderland miliisinə qarşı yoldaşlıq oyununda etmişdir. O, 82-ci dəqiqədə Stiven Defuru əvəz etmişdir. Həmin görüşdə Belçika rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır.[11]
Tilemansın atası Belçika, anası isə Konqo vətəndaşıdır.[12] Tilemans peşəkar karyerasına davam etməklə yanaşı, 18 yaşına qədər təhsilini də davam etdirib.
Klub | Mövsüm | Liqa | Kubok | Avropa | Digər | Ümumi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Anderlext | 2013–14 | Belçika Pro Liqası | 29 | 1 | 2 | 1 | 4[a] | 0 | 0 | 0 | 35 | 2 |
2014–15 | Belçika Pro Liqası | 39 | 6 | 4 | 2 | 8[b] | 0 | 1[c] | 0 | 52 | 8 | |
2015–16 | Belçika Pro Liqası | 34 | 6 | 2 | 1 | 9[d] | 0 | — | 45 | 7 | ||
2016–17 | Belçika Birinci Diviziya A | 37 | 13 | 1 | 0 | 15[e] | 5 | — | 53 | 18 | ||
Ümumi | 139 | 26 | 9 | 4 | 36 | 5 | 1 | 0 | 185 | 35 | ||
Monako | 2017–18 | Liqa 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
Ümumi karyera | 139 | 26 | 9 | 4 | 36 | 5 | 1 | 0 | 185 | 35 |
Milli komanda | İl | Oyun | Qol | Əmsal |
---|---|---|---|---|
Belçika | ||||
2016 | 2 | 0 | 0.00 | |
2017 | 1 | 0 | 0.00 | |
Ümumi | 3 | 0 | 0.00 |