Yustinian körpüsü

Yustinian körpüsü
Xəritə
40°44′24″ şm. e. 30°22′12″ ş. u.HGYO
Keçid Bizans dövründə Konstantinopoldan şərqə gedən yol
Yeri Sakarya ili
Üslubu Tağ körpüsü
Material Əhəng daşı
Uzunluğu
  • 429 m
Hündürlüyü 10 m
Açılışı 562-ci il
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yustinian körpüsü və ya Sanqarius körpüsü (xalq arasında Beşköprü) — müasir Türkiyənin ərazisində, Anadoluda Sakarya çayı üzərindən keçən Roma körpüsü. Paytaxt Konstantinopol və imperiyanın şərq əyalətləri arasında əlaqəni yaxşılaşdırmaq üçün Şərqi Roma İmperatoru Yustinian I (e.ə. 527-565) tərəfindən inşa edilmişdir. Körpünün adı o dövrün bir neçə müəllifi tərəfindən çəkilmişdir, ilk dəfə kiçik Plini tərəfindən imperator Trayana təklif olunan[1] Bosfordan kənarda gəmi kanalının inşası layihəsi ilə əlaqəlidir[2].

2020-ci ildə Yustinian körpüsü YUNESKO-nun Dünya İrsi siyahısına salındı.[3]

Yeri və tarixi

[redaktə | mənbəni redaktə et]

Yustinian körpüsü Anadolunun şimal-qərbində, qədim Vifiniya bölgəsində, Adapazarı şəhərindən təxminən 5 km cənub-qərbdə yerləşir.[4] Müasir günümüzdə körpü Çark Deresi adlı axın üzrəindən keçir, hansı ki yaxınlıqda yerləşən Sapanca gölündən axır; daha geniş Sakaryanın müasir qolu şərqdən 3 km məsafədə yerləşir.

Antik dövrdən orta əsrlərə qədər körpü mühüm bir məqsədə xidmət edirdi: Bosfor körfəzindən, Sasanilər İmperiyası hücumu təhlükəsi altında qalan Roma İmperiyasının şərq vilayətlərinə gedən strateji əhəmiyyətli hərbi yolun kəsişməsi idi.[5] Daş körpünün inşasından əvvəl burada ponton körpüsü var idi, hansı ki Prokopi Qeysəriyyəyə əsasən çayın daşması zamanı tez-tez dağılırdı və bir çox insan həyatı bahasına gəlirdi.[6]

Daş körpünün tikilmə tarixi o dövrün mənbələri əsasında olduqca dəqiq müəyyən edilə bilər: Pavel SilentariyAqafiyin 562-ci il tarixli iki tərifləyici poemaları onun tikintisinin başa çatmasını qeyd edir, salnaməçi Feofan isə yazır ki, tikinti işləri dünyanın yaranmasından 6052-ci ildə başlamışdır, bu da 559-560 ilə təsadüf edir.[7] Digər tərəfdən, Prokopi Qeysəriyyə Yustinianın tikinti layihələri üzərində işini (De Aedificiis) yazarkən körpünün hələ tikilmədiyini iddia etdiyi üçün, bu tikintinin 560-561-ci illərdə başlandığını və əvvəlcədən hesablanmış tarixdən beş-altı il sonra 562-ci ildə tamamlandığını mənasını verə bilər.[8] Lakin Feofanın tarix qoymasının bir qədər qeyri-dəqiq olduğunu nəzərə alsaq, körpü tikintisinin təxminən 554-cü ildə başlandığını güman etmək olar.[9]

  • Froriep, Siegfried, "Ein Wasserweg in Bithynien. Bemühungen der Römer, Byzantiner und Osmanen", Antike Welt, 2nd, Special Edition, 1986: 39–50
  • de Laborde, Léon, Voyage de l’Asie Mineure, Paris, 1838, 32–34 & Table XIV, Nrs. 30–31
  • Moore, Frank Gardner, "Three Canal Projects, Roman and Byzantine", American Journal of Archaeology, Archaeological Institute of America, 54 (2), 1950: 97–111, doi:10.2307/500198, JSTOR 500198
  • Whitby, Michael, "Justinian's Bridge over the Sangarius and the Date of Procopius' de Aedificiis", The Journal of Hellenic Studies, The Society for the Promotion of Hellenic Studies, 105, 1985: 129–148, doi:10.2307/631526, JSTOR 631526