Yustus fon Libix

Yustus fon Libix
alm. Justus von Liebig
Doğum tarixi 12 may 1803(1803-05-12)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 aprel 1873(1873-04-18)[1][2][…] (69 yaşında)
Vəfat yeri
Elm sahəsi kimya
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
"Kopli" medalı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yustus fon Libix (12 may 1803[1][2][…], Darmştat, Hessen knyazlığı[4][1][…]18 aprel 1873[1][2][…], Münxen[4][1]) — alman kimyaçısı, professor, Bavariya Elmlər Akademiyasının prezidenti.

Yustus fon Libix 1803-cü il mayın 12-də Darmştadtda anadan olmuşdur. O, 1820-ci ildə Bonn, 1821-ci ildə Erlangen universitetlərində təhsil almış, 1822-1824-cü illərdə Parisdə J.Gey-Lyüssakla birgə çalışmışdır. Erlangenə qayıtdıqdan sonra doktorluq dissertasiyasını müdafiə etmiş, 1824-ci ildə A.Humboldtun tövsiyəsi ilə Hessen Universitetində kimya professoru kimi çalışmışdı. 1852-ci ildən ömrünün sonuna qədər Libix Münhen Universitetinin professoru; 1860-cı ildə Bavariya Elmlər Akademiyasının prezidenti olmuşdu.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Libixin ən əhəmiyyətli işləri üzvi kimya sahəsinə aiddir. Mühüm üzvi birləşmələrin kəşfi, üzvi birləşmələrin yeni analiz və yeni birləşmələr qrupunun sintezi üsullarının işlənilməsi, üzvi kimyanın nəzəri əsaslarının yaradılması Libixə məxsusdur. 1823-cü ildə o, gümüş fulminatın tərkibcə gümüş izotsionatla eyni olduğunu müəyyən etmişdi. Bu da ilk izomer nümunəsi oldu. 1832-ci ildə o, F.Völerlə birlikdə göstərmişdi ki, benzoy turşusu – benzaldehid – benzoil xlorid - benzoilsulfid sırasında daha sonra benzoil adlanan C6H5SO qrupu dəyişmədən bir birləşmədən digərinə keçir. Analoji olaraq etilradikal qrupu spirt – efir – etilxlorid –azot turşusunun efiri - benzoy turşusunun efiri sırasında dəyişməz olaraq qalır. Bu işlər mürəkkəb radikallar nəzəriyyəsinin təməlini qoymuşdu. Libix ilk dəfə olaraq (fransız kimyaçısı E.Subeyranla eyni zamanda və ondan asılı olmayaraq) 1831-ci ildə xloroformu almış və 1835-ci ildə sirkə aldehidini almış, hippur, süd və digər karbon turşularını kəşf etmişdi. 1831-1833-cü illərdə o, həmçinin üzvi birləşmələrdə karbon və hidrogenin müəyyənləşdirilməsi üsulunu təkmilləşdirmişdi. J.Düma ilə birlikdə Libix çoxəsaslı üzvi turşuları tədqiq etmiş və turşuların əsaslığına görə təsnifatını təklif etmişdi.

Libix kimyanın digər sahələrində də çox işlər görmüşdü. O, halogenləri tədqiq etmiş, brom almış, platin, gümüş, qurğuşun, manqan və s. aktivləşdirmə fəaliyyətini araşdırmışdı. Bunula da o hal-hazırda qeyri-üzvi kataliz adlanan bir sahənin yaranması üçün şərait yaratmışdı. Libix analitik kimyanın bir sıra üsullarını işləmişdi: kobaltın nikeldən ayrılması, dərman maddələrində hydrogen sianid turşusunun müəyyən edilməsi və s.

Libix aqrokimya və biokimyanın əsasını qoyanlardan biri sayılır. O, bitkilərin mineral qidalanma nəzəriyyəsini əsaslandırmış və torpaq münbitliyinin yaxşılaşdırılmasının elmi əsaslarını yaratmış, bitki fiziologiyasında karbon qazı və bağlı azotun rolunu araşdırmışdır. Libix həm də qidanın problemlərini tədqiq etmiş, qida məhsullarını yağlar, zülallar və karbohidratlara bölməyi təklif etmiş, yağlar və karbohidratların orqanizm üçün yanacaq olduğunu müəyyən etmişdi.

Libix kimyanın tədrisini kökündən dəyişmiş, tədris sisteminə genişmiqyaslı laboratoriya dərsləri və tələbələrin müstəqil tədqiqatlarını daxil etmişdi. 1824-ci ildə Libix Hessendə Almaniyada ilk kimya laboratoriyası yaratmışdı. Libixin elmi məktəbinin məzunları A.Kekule, A. Vürtz, A.Hoffmann, N.Zinin və digər məşhur kimyaçılardır.

Libixin əsas əsərləri sırasında "Üzvi kimyanın fiziologiya və patologiyaya tətbiqi" (1842), "Üzvi analiz üzrə təlimatlar" (1837) və "Əkinçiliyin təbii qanunları" (1865) adlı nəşrləri göstərmək olar.

  • Биографии великих химиков. Перевод с нем. под ред. Быкова Г.В. – М.: Мир, 1981. 320 с.
  • Волков В.А., Вонский Е.В., Кузнецова Г.И. Выдающиеся химики мира. – М.: ВШ, 1991. 656