Yuxarı Gödəkli

Tarixi Zəngəzur mahalı əraziləri
Ermənistan SSR, Qafan rayonu
Ümumi məlumatlar
Ölkə Ermənistan Ermənistan
Bölgə Sünik mərzi
İnzibati mərkəz Qafan
İndiki adı Vardavanq (erm. Վարդավանք)
Sahəsi 13 km²
Əhalisi 91 nəfər (2010)
Saat qurşağı
Xəritədə yeri
Yuxarı Gödəkli xəritədə
Yuxarı Gödəkli
Yuxarı Gödəkli

Yuxarı Gödəkli (erm. վերին Գյոդաքլու; Kəndin adı sonradan dəyişdirilərək Vardavanq (erm. Վարդավանք) edilib) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Kənd Qafan şəhərindən 13 km şərqdə, Qafan-Gorus yolunun sağ tərəfində yerləşir. 1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi.[1][2]

Toponim türk mənşəli qazaxlar tayfasından olan "gödəkli" etnonimindən[3] əmələ gəlmişdir. Etnotoponimdir. "Yuxarı" fərqləndirici sözü ilə işlənərək mürəkkəb quruluşlu toponim yaratmışdır. Ermənicə "Verin Gyodaklu" (erm. վերին Գյոդաքլու) şəklində işlədilib.[4] Kəndin indiki adı Vardavanqdır.

1918-ci ildə əhalisi qovulmuşdu. 1922-ci ildə azərbaycanlıların bir hissəsi gеri qayıdaraq yеnidən məskunlaşmışdı. 1988-ci ildə əhali Azərbaycana qovulmuşdur. İrəvan əyalətinin Kotak (еrməni mənbələrində Kotayk) mahalında gəlmə ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Mahal isə mənşə е’tibarilə qədim türkmənşəli Katak tayfasının adını əks еtdirir. Kənddə 1897-ci ildə 201 nəfər, 1914-cü ildə 79 nəfər, 1922-ci ildə 132 nəfər, 1926-cı ildə 118 nəfər, 1931-ci ildə 163 nəfər, 1939-cu ildə 221 nəfər, 1959-cu ildə 180 nəfər, 1970-ci ildə 275 nəfər, 1979-cu ildə 381 nəfər azərbaycanlı yaşayıb.[5] 1988-ci ildə deportasiya olunan azərbaycanlıların yerinə kəndə ermənilər yerləşib. Hal-hazırda da kənddə ermənilər yaşayır. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə 2001-ci ildə kənddə 120 nəfər, 2010-cu ildə isə 91 nəfər yaşayıb.

Rəsmi siyahıyaalınma ili və müvafiq sayımların yekunlarına əsasən əhalinin sayı
1897-ci il 1914-cü il 1922-ci il 1926-cı il 1931-ci il 1939-cu il 1959-cu il 1970-ci il 1979-cu il 2001-ci il 2010-cu il
Yuxarı Gödəkli 201 79 132 118 163 221 180 275 381 120 91

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]
  1. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  2. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Јухары Ҝөдәкли // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  3. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.535
  4. "İbrahim Bayramov, «Qərbi Azərbaycanın türk mənşəli toponimləri», Bakı, "Elm", 2002". 2014-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-02.
  5. "Həbib Rəhimoğlu, «Silinməz adlar, sağalmaz yaralar», Bakı, "Azərnəşr", 1997". 2011-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-02.
  6. 14 yanvar 2014: Malik Bəhmən oğlu bu gün şəhid olub