Tarixi Zəngəzur mahalı əraziləri | |
Ermənistan SSR, Qafan rayonu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Bölgə | Sünik mərzi |
İnzibati mərkəz | Qafan |
İndiki adı | Vardavanq (erm. Վարդավանք) |
Sahəsi | 13 km² |
Əhalisi | 91 nəfər (2010) |
Saat qurşağı | |
Xəritədə yeri | |
|
Yuxarı Gödəkli (erm. վերին Գյոդաքլու; Kəndin adı sonradan dəyişdirilərək Vardavanq (erm. Վարդավանք) edilib) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Kənd Qafan şəhərindən 13 km şərqdə, Qafan-Gorus yolunun sağ tərəfində yerləşir. 1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi.[1][2]
Toponim türk mənşəli qazaxlar tayfasından olan "gödəkli" etnonimindən[3] əmələ gəlmişdir. Etnotoponimdir. "Yuxarı" fərqləndirici sözü ilə işlənərək mürəkkəb quruluşlu toponim yaratmışdır. Ermənicə "Verin Gyodaklu" (erm. վերին Գյոդաքլու) şəklində işlədilib.[4] Kəndin indiki adı Vardavanqdır.
1918-ci ildə əhalisi qovulmuşdu. 1922-ci ildə azərbaycanlıların bir hissəsi gеri qayıdaraq yеnidən məskunlaşmışdı. 1988-ci ildə əhali Azərbaycana qovulmuşdur. İrəvan əyalətinin Kotak (еrməni mənbələrində Kotayk) mahalında gəlmə ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Mahal isə mənşə е’tibarilə qədim türkmənşəli Katak tayfasının adını əks еtdirir. Kənddə 1897-ci ildə 201 nəfər, 1914-cü ildə 79 nəfər, 1922-ci ildə 132 nəfər, 1926-cı ildə 118 nəfər, 1931-ci ildə 163 nəfər, 1939-cu ildə 221 nəfər, 1959-cu ildə 180 nəfər, 1970-ci ildə 275 nəfər, 1979-cu ildə 381 nəfər azərbaycanlı yaşayıb.[5] 1988-ci ildə deportasiya olunan azərbaycanlıların yerinə kəndə ermənilər yerləşib. Hal-hazırda da kənddə ermənilər yaşayır. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə 2001-ci ildə kənddə 120 nəfər, 2010-cu ildə isə 91 nəfər yaşayıb.
Rəsmi siyahıyaalınma ili və müvafiq sayımların yekunlarına əsasən əhalinin sayı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1897-ci il | 1914-cü il | 1922-ci il | 1926-cı il | 1931-ci il | 1939-cu il | 1959-cu il | 1970-ci il | 1979-cu il | 2001-ci il | 2010-cu il | ||
Yuxarı Gödəkli | 201 | 79 | 132 | 118 | 163 | 221 | 180 | 275 | 381 | 120 | 91 |