Yuxarı Quşçular | |
---|---|
39°49′56″ şm. e. 46°48′58″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Xocalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 758 m[1] |
Saat qurşağı | |
Yuxarı Quşçular — Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçular kənd inzibati ərazi dairəsində kənd.[2]
Kənd Qarakarçay çayının sahilində, Şuşa şəhərindən 15 km şimalda və Xankəndi şəhərindən 4 km məsafədə, Məlikəhmədli kəndinin yaxınlığında, 794 metr hündürlükdə yerləşir. Xocalı rayonuna verilməzdən əvvəl kənd eksklav mövqeyinə malik idi: Məlikəhmədli və Aşağı Quşçular kəndləri kimi, coğrafi olaraq demək olar ki, Xocalı rayonunun daxilində yerləşməsinə baxmayaraq, Şuşa rayonunun kəndi hesab olunurdu.[3]
Qarabağ münaqişəsi zamanı, 11–12 fevral 1992-ci il tarixlərində kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi.[4] Kənd Qarabağ müharibəsindən ciddi zərər çəkmiş və Ermənistan Silahlı Qüvvələri tərəfindən yandırılmışdır.[5][6]
9–10 noyabr 2020-ci il tarixlərində imzalanmış Üçtərəfli Bəyanata əsasən, İkinci Qarabağ müharibəsinin nəticələrinə görə kənd Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir.[7]
Azərbaycan Silahlı Qüvvələrinin 19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirdiyi hərbi əməliyyatlar nəticəsində kənd Azərbaycanın nəzarətinə qaytarılmışdır.[8]
5 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, Şuşa rayonuna aid olan Məlikəhmədli kənd inzibati ərazi dairəsinin Məlikəhmədli kəndi, Quşçular kənd inzibati ərazi dairəsinin Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri, həmçinin Məlikəhmədli və Quşçular kənd inzibati ərazi dairələri Xocalı rayonuna verilmişdir.[9] Beləliklə, hazırda Yuxarı Quşçular kəndi Xocalı rayonunun Quşçular kənd inzibati ərazi dairəsinin mərkəzidir.[4][5]
Erməni qüvvələri tərəfindən kəndin işğalından əvvəl kəndin əhalisi tamamilə azərbaycanlılardan ibarət idi. 1921-ci il siyahıyaalınmasına əsasən, Quşçular kəndində (Aşağı Quşçular, Yuxarı Quşçular) 239 nəfər yaşayırdı – hamısı azərbaycanlı türklər idi.[10] 1986-cı il Azərbaycan Sovet Ensiklopediyasına görə, kənddə 280 nəfər yaşayırdı – onların hamısı azərbaycanlı idi.[11]